ABŞ-da 10 milyon insan Trampın impiçmentini istədi

Похожее изображение

ABŞ Konqresinə Prezident Donald Trampın impiçmentə layiq olduğunu düşünən 10 milyon vətəndaşın imzasının toplandığı bir neçə petisiya təqdim edilib.

"AzerTaym.az" axar.az-a istinadən xəbər verir ki, bu barədə “NBC Nyus” informasiya yayıb.

İmzalar “MoveOn” aktivistlərinin rəhbərliyi ilə toplanıb və Nümayəndələr Palatasının Miçiqan ştatından olan təmsilçisi Rəşidə Tlaibə təqdim edilib.

O isə qanun layihəsini Trampa qarşı impiçment prosedurunu başlamaq üçün məhkəmə komitəsinə təqdim edib.






Fikirlər