Ermənilərdən növbəti təxribat: iyunda Qarabağda... - ŞƏRH

Ermənilərdən növbəti təxribat: iyunda Qarabağda... - ŞƏRH

Erməni separatçıları növbəti təxribata hazırlaşırlar.

Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, iyun ayında Dağlıq Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək.

İştikraçılar arasında bu separatçı qurumların komandaları var: Abxaziya, Cənubi Osetiya, Padaniya, Sardiniya, Laplandiya, Luqansk və Donetsk. Sadalanan “respublikalardan” 4-ü Rusiyanın nəzarəti altındadır. Demək, elə bu “çempionatın” Azərbaycanın işğal altındakı torpaqlarında keçirilməsinə Rusiyanın bəlli mərkəzləri xeyir-dua verib”. “Çempionatı” keçirən ConIFA (Confederation of Independent Football Associations) təşkilatına (FİFA-ya daxil olmayan və separatçı bölgələri ehtiva edən təşkilatın mənzil qərargahı İsveçdə yerləşir) etiraz notası göndərməliyik ki, müxtəlif bölgələrin futbolçuları həyatlarını riskə qoyurlar, çünki bölgədə vəziyyət gərgindir və onların təhlükəsizliyinə təminat yoxdur", - politoloq qeyd edib.






Fikirlər