Əbülfəz Elçibəydən Mircəlal Paşayevə vəfa borcu...

Əbülfəz Elçibəydən Mircəlal Paşayevə vəfa borcu... AzerTaym.az billdirir ki,bu günlərdə Moderator.az - a Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin yüksək dəyər daşıyıcısı olmasını sübut edən bir maraqlı məlumat daxil olub və bu gün bir - birinin qanını içməyə hazır olan iqtidar - müxalifət düşərgəsindəki qəddar ovqatı nəzərə alaraq bu məlumatın ictimailəşməsini məqsəduyğun hesab edirik.

1992-ci ildə AXC iqtidarda olanda "Abşeron" mehmanxanasının rəhbəri olan mərhum Aqil Paşayev prezident Elçibəydən bir xahişdə bulunur.
Daha doğrusu, Aqil Paşayev başına gələnləri çox yaxın dostu olan tanınmış mühəndis Rahab Qazıyevə danışır, "Abşeron" mehmanxanasının başqa adam tərəfindən ələ keçirilməsinə mane olması üçün yardım istəyir, o da sürücüsü Xəlil vasitəsilə prezident Əbülfəz Elçibəyə xahiş edir.

Olayı Moderator.az - a danışan Rahab Qazıyev deyir ki, bir gün anamgilə gəldim ki, prezidentin sürücüsü Xəlil oturub çay içir. Ondan xahiş etdim ki, elə yaxşı gəlmisən, Əbülfəz bəyə mənim adımdan çatdır ki, "Abşeron" mehmanxanasındakı restoranın sahibi Dəyanət adlı şəxs Aqil Paşayevi ümumiyyətlə rəhbərlikdən kənarlaşdırmaq istəyir, kömək etsin. Cəmisi bir neçə saatdan sonra Xəlil təkrar Rahab Qazıyevə zəng vurub deyir ki, Bəy məsələni həll etdi. Üstəlik, Rahab bəyə də bunu ona vaxtında çatdırmasına görə təşəkkür edib ki, Mircəlal Paşayev onun ən sevimli müəllimi və sirdaşı olub. O cür dəyərli bir ziyalıya, onun ailəsinə vəfa borcu var, kimsə onlara qarşı naxələflik edə, haqlarını poza bilməz. Beləcə məsələ həllini tapır.

Dəyərli oxucu, bu məlumatı ictimailəşdirmək üçün Rahab bəydən zorla halallıq aldıq və millətimizin dəyərlərə bu cür hörmət etməsini, əslində bu balaca məmləkətdə hamının bir - birinin dostu, qohumu olduğunu göstərmək istədik. Eyni zamanda bu məlumat az qala hər gün Elçibəy haqqında olmazın uydurmalarını quraşdıranlara da bir qulaqburmasıdır ki, o bu millətin gəlmiş - getmiş ən təmiz, ən sanballı kişilərindən olub və o, bir çox bu cür xoşməramlı addımlarıyla adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırıb






Fikirlər