Ərdoğan keçmiş nazirə:“Partiya qurursan? AKP-də qal...” - ŞOK DİALOQ!

Hürriyet” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş İqtisadiyyat naziri Əli Babacandan yeni partiya qurub-qurmayacağını soruşduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, Səlvi Ərdoğanın iyunun 23-də İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkidən öncə Əli Babacanla görüşdüyünü qeyd edib.

Məlumata görə, Türkiyə prezidentinin “Partiya qurursan” sualına Babacan “Bəli” deyə cavab verib.

Köşə yazarı “Ərdoğana tələ qurmaq istəyirlər” adlı yazısında Ərdoğan-Babacan görüşünün müsbət nəticələnmədiyini vurğulayıb: “Babacana Ərdoğanın “Partiyada qal, bunları birgə görək” dediyi bildirilir. Babacan isə cavabında “Mən artıq halallaşma mərhələsindəyəm, sizə məlumat verməyə gəldim. AKP-dən qopmuşam, yaxın zamanda istefa verəcəyəm” söylədiyini deyilir”.






Fikirlər