Ərdoğan AKP-yə üzv oldu, Abdulla Gül dəvəti qəbul etmədi - Yıldırımdan MESAJ
Türkiyə prezidenti Ərdoğan hakim iqtidar partiyası olan AKP-yə üzv olmaq üçün az əvvəl partiya qərargahına gedib. AzerTaym.az NTV kanalına istinadən bildirir ki, həyat yoldaşı ilə birgə qərargaha gələn Ərdoğanı partiya qərargahı qarşında böyük bir heyət qarşılayıb: "Partiya sədri, baş nazir Binəli Yıldırım başda olmaqla, partiyanın idarə heyətinin bütün üzvləri Ərdoğanı qapıda rəsmi mərasimlə qarşılayıblar. Ərdoğan onların hər biri ilə görüşdən sonra qərargaha daxil olub. O, üzvülük ərizəsini qərargahın böyük zalında imzalayıb". Məlumata görə, AKP keçmiş prezident Abdullar Gülə və baş nazir Əhməd Davudoğluna da Ərdoğanın üzvlüyü ilə bağlı keçirilən mərasimə dəvət göndərib: "Ancaq Davudoğlu dəvəti qəbul edib, partiyaya gəlsə də, sabiq prezident Abdulla Gül partiyaya gəlməyib". Toplantıda çıxış edən Binəli Yıldırım Ərdoğanın partiya sədrliyinə namizədliyinin irəli sürüləcəyini bəyan edib: "Millər 33 aydan sonra öz liderini partiyası ilə qovuşdurdu. İnşallah, hörmətli prezidentimiz qurultayda partiyasının da başına keçəcək". Xatırladaq ki, AKP-nın qurultayı mayın 21-də keçiriləcək.