AKP Qurultayı – Anbaan yenilənir – FOTOLAR
Yıldırım sədr seçildikdən sonra prezident Ərdoğan teleqraf göndərərək, AKP-nin yeni sədrini təbrik etdi. Bu axşam yeni Nazirlər Kabinetinin prezident tərəfindən təsdiq olunacağı bildirilir. Artıq istefasını təqdim etmək üçün Davudoğlu Beştəpədədir. Ərdoğan iki gün İstanbulda olacağına görə, bu gecə Yıldırımı qəbul edərək, yeni hökuməti qurma vəzifəsini ona verəcək. *** AKP-nin Ankara Arena İdman Salonunda keçirilən ikinci fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. *** AKP Qurultayının Divan başqanı Bəkir Bozdağ “AKP-nin tək lideri Ərdoğandır” deyərək, partiyada liderliyin müzakirə edilmədiyini qeyd edib. Yeni seçilən başqan Binalı Yıldırım da Türkiyədə başqanlıq sisteminin gətirilməsi üçün çalışacaqlarını bildirib. Binalı Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Böyük Türkiyənin əyilməz müdafiəçisi” kimi xarakterizə edib və onun yolu ilə getməyə davam edəcəklərini vurğulayıb. *** AKP-nin yeni sədri Binalı Yıldırımın Mərkəzi İdarə Heyəti siyahısı bəlli olub. Siyahıda Numan Kurtulmuş, Yalçın Akdoğan, Mehmet Ali Şahin, Cemil Çiçək, Süleyman Soylu kimi isimlər yer almadı. Davudoğluna yaxın isimlərdən olan Konya Ticarət Odası başqanı Selcuq Öztürk də siyahıya düşmədi. Siyahıda adı olmayanlar: Alev Dedegil, Ayhan Sefer Üstün, Ayşenur Bahçekapılı, Aziz Babuşçu, Bülent Gedikli, Cemil Çiçek, Faruk Çelik, Fatma Betül Kaya, Mehmet Ali Şahin, Mehmet Babaoğlu, Doğan Kubat, Mehmet Erdem Aydın, Mehmet Özhaseki, Metin Doğan, Mevlüt Çavuşoğlu, Naci Ağbal, Nihat Zeybekçi, Numan Kurtulmuş, Ömer Çelik, Recep Akdağ, Selçuk Özdağ, Selçuk Öztürk, Süleyman Soylu, Yalçın Akdoğan, Zeki Aygün. Yeni Mərkəzi İdarə Heyəti üzvləri aşağıdakılardır: Abdülhamit Gül, Ahmet Sorgun, Ali Aydınlıoğlu, Asuman Erdoğan, Ayhan Ogan, Ayşe Sula Köseoğlu, Bekir Bozdağ, Berat Albayrak, Burhan Kuzu, Cevdet Yılmaz, Çiğdem Karaaslan, Edibe Sözen, Efkan Ala, Emine Nur Günay, Erol Kaya, Fatma Seniha Nükhet Hotar , Fatih Şahin, Fatma Güldemet Sarı, Fazilet Dağcı Çığlık, Fevzi Şanverdi, Hamza Dağ, Hayati Yazıcı, Hüseyin Özbakır, Jülide Sarıeroğlu, Galip Ensarioğlu, Mehdi Eker, Mahmut Kaçar, Markar Eseyan, Mehmut Muş, Mehmet Müezzinoğlu, Murat Baybatur, Mustafa Ataş, Mustafa Köse, Mustafa Savaş, Mustafa Şentop, Mustafa Yel, Nurettin Canikli, Özben Gökçen, Öznur Çalık, Radiye Sezer Katırcıoğlu, Ravza Kavakçı, Sema Ramazanoğlu, Serkan Bayram, Şaban Dişli, Vedat Demiröz, Veysi Kaynak, Yasin Aktay, Yaşar Karayel, Zeyid Aslan, Zeynep Alkış. *** Qurultayda Ərdoğan və Abdullah Gülün mesajları oxunub. *** Bu gün 14 ildən bəri Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) II fövqəladə qurultayı Ankarada öz işinə başlayıb. Qurultayın başlamasından əvvəl sədrliyə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb. B. Yıldırımdan sonra salona gələn AKP-nin bu günə qədərki sədri və baş nazir Əhməd Davudoğlu isə salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. Qurultayı açmaq söz alan AKP sədrinin təşkilat məsələləri üzrə müavini Mustafa Ataş, partiya sədrliyinə yeni namizədlərin göstərilməsi üçün qurultay iştirakçılarına 5 dəqiqə vaxt verib, ancaq AKP sədrliyinə B. Yıldırımdan başqa namizəd göstərilməyib. M. Ataş partiyanın qurucu lideri olan prezident Ərdoğanın adını çəkərkən salondan alqış səsləri yüksəlib. AKP sədrinin müavini M. Ataş deyib ki, bu müqəddəs yürüşdə bir çox qadın və gənclərin imzası var: “Bu müqəddəs əmanəti 26 avqust 2014-cü ildə qurucu liderimizdən təhvil alaraq vəzifəsinin öhdəsində ləyaqətlə gələn Əhməd Davudoğluna təşəkkür edir, sədrliyə namizədimiz Binali Yıldırıma uğurlar diləyirəm”. *** Salona daxil olan hazırki sədr Əhməd Davudoğlu sədrliyə namizəd Binalı Yıldırımın yanında əyləşdi. *** Qurultayda “Ərdoğan” şüarları səslənir. *** Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək. Qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayıb. Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B. Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə. Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq. Qurultayda prezident R. T. Ərdoğan, B. Yıldırım və Ə. Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay “Uğurlu yürüşə davam” şüarı altında keçiriləcək. B. Yıldırıma bu gün prezident R. T. Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B. Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.