Türkiyə yeni BAŞ nazirini seçir
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilir. “Qafqazinfo” Sozcu.com-a istinadən xəbər verir ki, qurultay “Ankara Arena”da baş tutur. AKP-nin yeganə baş nazir namizədi Binəli Yıldırım da arenanın salonuna 11:30-da daxil olaraq öz yerini tutub. Namizəd partiya üzvlərini “Ərdoğan mahnısı” ilə salamlayıb. Qurultaya 6 min adam dəvət olunub. Davudoğlunun seçildiyi seçkidə qurultaya əcnəbi siyasətçilər də dəvət olunsa da, bu dəfəki qurultayda xarici ölkə nümayəndələri yer almayıb. Qurultayda hazırkı baş nazir Əhməd Davudoğlunun da çıxışı gözlənilir. Qeyd edək ki, səsvermədə 1470 nümayəndə səs verəcək.