Consondan Merkelə sayğısızlıq – Almanlar qəzəbləndi
İngiltərənin Baş naziri Boris Consonun Almaniya Kansleri Angela Merkellə görüşü zaman ona etinasız münasibəti almanlar tərəfindən etirazla qarşılanıb. Teleqraf.com xəbər verir ki, iki lider fotoqrafların obyektivinə poz verəndən sonra rəsmi qarşılanma mərasimi keçirilən əraziyə doğru irəliləyiblər. Consonun əllərini kürəyində çarpazlaması medianın diqqətindən yayınmayıb. Mətbuat konfransından əvvəl və sonra da İngiltərə baş nazirinin eyni mövqedə dayanması almanları qəzəbləndirib. Sosial mediada bu jestin diktatorlara məxsus olduğuna dair fikirlər də yer alıb. Almaniya vətəndaşları Avropa Birliyindən ayrılma astanasında olan İngiltərənin baş nazirinin bu hərəkətini Merkelə sayğısızlıq kimi qiymətləndiriblər.