"Guya hakimiyyəti tənqid edərkən qanunsuz hərəkətlərə yol verirəm və buna görə qanun qarşısında cavab verməli olacam"

Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu bu gün Baş prokurorluğa çağırılıb. Criminal.az xəbər verir ki, T.Yaqublunu Baş Prokurorluqda baş prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər Nazirinin müavini Seyfulla Əzimov qəbul ediblər.
Prokurorluqdan çıxandan sonra T.Yaqublu "facebook" profilində görüş haqda yazıb: "Mən artıq Respublika Prokurorluğundan çıxdım. Məni Baş Prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər Nazirinin müavini Seyfulla Əzimov qəbul etdilər. Kəsəsi, söhbət belə oldu ki, guya mən hakimiyyəti tənqid edərkən qanunsuz hərəkətlərə yol verirəm və buna görə qanun qarşısında cavab verməli olacam. Mən də dedim ki, heç bir qanunsuz hərəkətim yoxdur, qanunları hakimiyyət özü pozur və əvvəlki qaydada davam edəcəm".






Fikirlər