“Bu oyunlara son qoyulmalıdır” – Asim Mollazadə
Ermənistanın rəhbərliyi heç bir irəliləyişə, hansısa müsbət addım atmağa hazır deyil. "AzerTaym.az" xəbər verir ki, bu sözləri deputat Asim Mollazadə Yeniavaz.com-a bu gün ABŞ-da keçiriləcək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildirərkən deyib. Azərbyacanın danışıqlar prosesi zamanı sərt mövqe qoymalı olduğunu qeyd edən A. Mollazadə bildirib: “Mən bu görüşlərdən heç bir şey gözləmirəm. Əslində mənə elə gəlir ki, artıq Azərbaycan öz sərt mövqeyini vasitəçilər qarşısında qoymalıdır. Çünki Ermənistan rəhbərliyinin bəyanatları, Zöhrab Mnasaknyan (Ermənistan Xarici İşlər Naziri red.) oyunları danışıqlar prosesini kobud sürətdə pozur. Və bu istiqamətdə Azərbaycan Beynəlxalq təşkilatlardan tələb etməlidir ki, bu oyunlara son qoyulsun. Bu danışıqların imitatsiyası heç bir şey vermir. Azərbaycanın mövqeyi daha sərt olmalıdır. Bunlar beynəlxalq ictimaiyyətdə yanlış mövqe formalaşdırırlar ki, guya bu istiqamətində danışıqlar var”.