“Ərdoğan bu bataqlıqdan çıxa bilməyəcək” – QORXUNC Türkiyə PLANI
“ABŞ Prezidenti Donald Trampın Suriyadakı hərbi birləşmələri geri çəkmək qərarı yeni cəbhənin yaranma riskini artırır və Türkiyə başladığı əməliyyatla “Suriya bataqlığı”nda dəfn olunacaq”. "AzerTaym.az" teleqraf.com-a istinadən xəbər verir ki,bu barədə “Financial Times” qəzetində dərc olunan məqalədə bildirilib. Nəşrə görə, Trampın bu qərarına Pentaqonla yanaşı, ABŞ-ın müttəfiqləri də hazır deyildi, bu, Amerikanın ziddiyyətli prezidentinin qəribə addımlarından biridir. Qəzet bu qərarın Türkiyəyə ehtimal olunan təsirlərinə də toxunub: “Prezident Ərdoğan qapısının qabağında daha böyük xaos yaratmaqdan qaçmalıdır. Ərdoğan ölkəsindəki 3.5 milyon suriyalıya görə xalqın təzyiqi altındadır. Böyük ehtimalla türk ordusunun Suriyada başladığı əməliyyat Suriyadan daha çox insanın qaçaraq Türkiyəyə sığınmasına və Türkiyənin “Suriya bataqlığı”nın dibinə batmasına səbəb olacaq”. “Financial Times” Trampın qərarının ABŞ-ın müttəfiqlərini və təmsil olunduğu Respublikaçılar Partiyasını da “həyəcan komandası”na qaldırdığını yazıb: “Suriya məsələsindəki gözlənilməz siyasi dəyişiklik kürdlər də daxil olmaqla ABŞ-ın bütün müttəfiqlərini narahat etdi. Hətta buna Trampın öz partiyasında da etiraz olundu. Respublikaçı siyasətçilər Trampın bu addımının İŞİD-i yenidən gücləndirəcəyi və ABŞ-ın həm bölgədəki, həm də dünyadakı digər ittifaqlarını parçalayacağı xəbərdarlığını edib”.