İLYAS İSMAYILOVA QARŞI RƏHİMOV-ARİFOĞLU İTTİFAQI? - “Qələbə qazanacağıma əminəm…”

İLYAS İSMAYILOVA QARŞI RƏHİMOV-ARİFOĞLU İTTİFAQI? - “Qələbə qazanacağıma əminəm…”Maneçilik törətməsələr mən qələbə qazanacağıma tam əminəm”.

Bunu AzNews.az-a millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən namizədliyini irəli sürəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. İ.İsmayılov hər bir vətəndaşın seçkiyə qatılmaq hüququnun olduğunu bildirib: “Hər bir vətəndaş haradan, hansı dairədən istəsə, oradan da namizəd ola bilər. Lakin deputat olduğum 106 saylı Tovuz-Ağstafa-Qazax dairəsində əhalinin mənə olan etimadı daha böyükdür”.
Qeyd edək ki, R.Arifoğlu bu gün namizədliyini vermək istədiyi dairənin adını açıqlayıb. O, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcəyini və buna səbəb kimi doğulduğu kəndin bu dairədə yerləşdiyini açıqlayıb.

İLYAS İSMAYILOVA QARŞI RƏHİMOV-ARİFOĞLU İTTİFAQI? - “Qələbə qazanacağıma əminəm…”Dünən isə “Azadlıq” 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsində gözlənilən çəkişmə ilə bağlı maraqlı məlumatlar yayıb. Saytın iddiasına görə, Rauf Arifoğlunun bu dairədən namizədliyini vermək niyyətinin arxasında Ədalət Partiyasının keçmiş sədr müavini, Rusiya prezidenti Vladimr Putinin tələbə yoldaşı İlham Rəhimov dayanır. İ.Rəhimov istənilən vasitə ilə İ.İsmayılovun həmin dairədən yenidən deputat seçilməsini əngəlləmək istəyində olduğundan, Rauf Arifoğlu da variantlardan biri kimi nəzərdən keçirilir.
Belə ki, partiya daxilində gedən proseslər haqda kifayət qədər məlumatlı mənbənin “Azadlıq”a söylədiyinə görə, əslində İlyas İsmayılovla İlham Rəhimov arasında sonradan ciddi bir düşmənçiliyə çevrilən ilk ziddiyyət də məhz kimin deputat olması və gələcəkdə Ədalət Partiyasına kimin rəhbərlik etməsi üstündə hələ 2005-ci il seçkilərində başlayıb.

Mənbə bununla bağlı deyib: “2005-ci ilin parlament seçkilərində hakimiyyət Ədalət Partiyasına cəmi 1 deputat yeri ayırıbmış və o vaxt 105 saylı Tovuz seçki dairəsindən namizədliyini irəli sürən İlham Rəhimovun parlamentə keçmək şansı daha yüksək imiş. Ancaq gözlənilmədən İlyas İsmayılov namizədliyini irəli sürdüyü Binəqədidən geri çəkilərək, Tovuzdakı 106 saylı dairəyə gedir və İlham Rəhimov da məcbur qalıb, namizədliyini onun xeyrinə geri götürür. Beləliklə, İlyas İsmayılov deputat seçilir. Bundan sonra acığa düşən İlham Rəhimov isə partiya ilə bütün əlaqələrini, həmçinin maddi dəstəyini kəsir. Ancaq onun bu hərəkəti İlyas İsmayılovu daha da qəzəbləndirir və İlham Rəhimovu nümayişkaranə şəkildə Ədalət Partiyasından çıxarırlar. Nəticədə, iki dost-qohum arasında İLYAS İSMAYILOVA QARŞI RƏHİMOV-ARİFOĞLU İTTİFAQI? - “Qələbə qazanacağıma əminəm…”başlanan ziddiyyət get-gedə amansız bir düşmənçiliyə çevrilir. İş o yerə çatır ki, İlyas İsmayılovun Rusiyada yaşayan və Ədalət Partiyasının əsas maliyyə dəstəkçisi olan oğlu Etimad İsmayılov da bu ziddiyyətin qurbanı olur: o, Moskvada FTX tərəfindən “çirkli pulların yuyulması” ittihamıyla həbsə atılaraq, 3 il məhbus həyatı yaşayır.
Bu həbsdə İlham Rəhimovun əlinin olması haqda o dövr ölkə mətbuatında kifayət qədər materiallar gedib. Qısaca deyək ki, İlyas İsmayılov yalnız Azərbaycan hakimiyyətinin ən üst səviyyədə açıq müdaxiləsindən sonra oğlunu azad etdirə bilir, dostu-qohumu İlham Rəhimov isə Putinə “ağız açmaq istəmir”... Elə İlham Rəhimovun Etimad İsmayılovun həbsdən buraxılması üçün real addım atmaması da İlyas İsmayılovda əminlik yaradır ki, bu işdə məhz Putinin dostunun “öz barmağı”
var.

Daha sonra mənbə iddia edib ki, o vaxtdan fürsət axtaran İlham Rəhimov qarşıdan gələn parlament seçkilərində İlyas İsmayılova güc göstərmək niyyətindədir. Məhz bu səbəbdən də seçiləcəyinə tam təminat alarsa özü, əks halda Rauf Arifoğlu 106 saylı dairədə İlyas İsmayılova rəqib kimi meydana çıxacaq. Sitat: “Məlumatlara görə, ciddi siyasi iddialara, eləcə də Azərbaycan hakimiyyəti ilə isti əlaqələrə malik olan İlham Rəhimov budəfəki seçkidə Tovuzdakı dairələrdən birindən namizədliyini irəli sürməyə çalışır.

Bildirildiyinə görə, bu varianta dəstək ala bilməyəcəyi təqdirdə İlham Rəhimovun başqa bir şəxsi – “Yeni Müsavat”ın hökumətə xidmətləri qarşısında yenicə ənam almış baş redaktoru Rauf Arifoğlunu bu dairəyə itələyəcəyi gözlənilir”.


İLYAS İSMAYILOVA QARŞI RƏHİMOV-ARİFOĞLU İTTİFAQI? - “Qələbə qazanacağıma əminəm…”Onu da qeyd edək ki, “AzPolitika.info”ya verilən məlumata görə, 2010-cu il parlament seçkilərində isə İlham Rəhimov 106 saylı Tovuz seçki dairəsindən həmin vaxtlar birlikdə yaşadığı biznes-ledi Ruhinin namizəd olmasına çalışıb. Ancaq həm Ruhi belə bir oyunda iştirakdan imtina edib, həm də Rəhimov hakimiyyətdən razılıq ala bilməyib. Ona görə də məsələ qapanıb.

Beləliklə, artıq indidən aydındır ki, 1 noyabr parlament seçkilərində ən ciddi rəqabətin olacağı seçki dairələrindən biri də 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsidir. AzPolitika.info






Fikirlər