"Məmurların əksəriyyəti dövlət büdcəsi hesabına bizneslə məşğul olublar. Kənardan gedib kimsə bizneslə məşğul olmur. Gəlir deklorasiyası mütləq həll olunmalıdır". 

BAKU.WS xəbər verir ki, bu sözləri Millət vəkili, texnika elmləri doktoru Vahid Əhmədov İctimai kanalının efirində səsləndirib. 

Deputat bildirib ki, məmurlardan həmin pulları almaq mümkün deyil: 


"Bu insanlar onsuz da bu pulu qazanıblar. Onların əlindən bu pulu almaq mümkün deyil. Gəlin maliyyə amnistiyası verək, qanun qəbul edək. Həmin insanlar həmin vəsaitin müəyyən hissəsini gətirib Azərbaycanda investisiya kimi qoysunlar, tikinti işləri aparsınlar. İnhisarçılıq çox ciddi məsələdir. Kim deyirsə ki, Azərbaycanda inhisarçılıq yoxdur, o düz demir. 

Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir. Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazalardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə o zaman qiymətlər xeyli aşağı düşər".

 VİDEO