Deputatlarımızın Primakov SEVGİSİ – Qalmaqal BÖYÜYÜR

Deputatlarımızın Primakov sevgisi – Qalmaqal böyüyür

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ətrafında qalmaqal böyüyür. Artıq ziyalılar və bəzi ictimai birliklər öz mövqeyini açıq şəkildə ortaya qoyublar.

Sosial şəbəkələrdə isə məsələ ətrafında daha gərgin müzakirələr gedir.

“AzerTaym.az" bildirir ki, BakuPost məsələnin aktuallığını nəzərə alaraq, bəzi məsələləri dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, universitet rəhbərliyinin təşkil etdiyi təmtəraqlı mərasimində Milli Məclisin 3 deputatı – Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova da iştirak edib.

Bu deputatların üçü də 3-ü də AŞPA-dakı nümayəndə heyətimizin üzvüdür. Ölkəmizin beynəlxalq qurumlarda milli, dövlətçilik maraqlarını qorumalı olan deputatlar Bakıda insanlarımızın qanına əl batmış bir şəxsin anım mərasiminə qatılması yəqin ki, birmənalı qarşılanmayacaq.






Fikirlər