MÜXALIFƏT növbədənkənar parlament seçkisinin müzakirəsinə TOPLAŞDI

Müxalifət növbədənkənar parlament seçkisinin müzakirəsi üçün bir araya gəlib.

 Müxalifətin toplantısı Müsavat Partiyasının qərargahında keçirilib.

 Toplantıda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Müsavat Partiyasının sədri Arif Hacılı, ReAl Partiyasının icra katibi Natiq Cəfərli, Haqq Ədalət Partiyası Təşkilat Komitəsinin sədri Əli İnsanov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev digər şəxslər iştirak ediblər.

 Qeyd edək ki, ötən həftə Yeni Azərbaycan Partiyasının müraciəti ilə Milli Məclisin buraxılması haqqında məsələ gündəmə gəldi. Dekabrın 2-də hakim partiyanı təmsil edən deputatların müraciətinə cavab verildi və Milli Məclis buraxılma haqqında ölkə başçısına müraciət ünvanladı.

 Milli Məclisin buraxılması haqqında Konstitusiya Məhkəməsinin və Azərbaycan Prezidentinin qərarından sonra növbədənkənar parlament seçkisinin vaxtı müəyyən ediləcək. (modern.az)






Fikirlər