Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı (SƏBƏB)
REAL Təhlil və İnformasiya Mərkəzi iki əməkdaşı ilə müqaviləyə xitam verib.
Bu barədə BakuPost-un sorğusuna cavab olaraq, REAL-dan bildirilib.
Hər iki jurnalist Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində iştirak edir. Seçki Məcəlləsinin tələbini əsas götürən REAL Təhlil və İnformasiya Mərkəzi Afət Telmanqızı və Ləman Ələşrəfqızı ilə bağlanmış xidmətlərin göstərilməsinə dair müqaviləyə xitam verib.