SEÇKİQABAĞI TƏŞVİQAT BAŞLADI ...
Respublikamızda fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu gecədən etibarən qeydə alınan namizədlər, namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilən şəxslər seçkiqabağı təşviqat apara bilərlər. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.