“Evə daxil olan kimi SPİRTLƏNİRƏM” - Eks-nazir Əli Nağıyev KARANTİN rejimində...
“Məni tanıyanlar bilir ki, karantin rejimindən əvvəl də vaxtımı daha çox evdə kitab oxumaqla keçirirəm. Ona görə də karantin rejimi mənim üçün darıxdırıcı, sıxıcı deyil”. 66 yaşlı sabiq nazir ən yaxın dostundan da söz açıb: Əli Nağıyev karantin rejimində qaydalara riayət etdiyini də söyləyib: Sabiq nazir koronavirusla mübarizədə Azərbaycanın fərqləniyini də etiraf edib: “Dünyanın heç bir ölkəsi deyə bilməz ki, biz Azərbaycandan daha yaxşı iş gördük. Koronavirusla mübarizədə nə yaxşı iş görmək lazımdırsa, Azərbaycan gördü. Nəticə də göz önündədir. Xəstəliyə yoluxanlar azalır, xəstələr sağalır. Bu işləri ancaq alqışlamaq olar”.
"AzerTaym.az" bildirir ki,bu fikirləri modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, eks-səfir Əli Nağıyev koronavirus dövründə tətbiq olunan karantin rejimindən danışarkən deyib.
“Evdən çölə çıxmıram. Mənim həyatda ən yaxın dostum kitabdır. Bir az da dərindən düşünəndə kitabdan yaxşı dost yoxdur. Kitab sənə xəyanət etmir, aldatmır, yalan danışmır. Xoşuna gələni oxuyarsan, xoşuna gəlməyəni bir tərəfə atarsan. Necə ki mən elə edirəm. Desəm ki, bütün günü saytları izləyirəm, yalan olar. Ancaq televiziya kanallarına baxıram”.
“Hər deyiləni ağızdan çıxan kimi qəbul etmək doğru deyil. Bağda güllərə su verəndə, yaxud da həyətdə gəzirəmsə təbii ki, evə daxil olan kimi əllərimi yuyub spirtləyirəm. Məni tanıyan adamlar bilir ki, maşınımda həmişə nəm dəsmal olub. Hətta mənə deyirdilər ki, bu nəm dəsmaldan az istifadə elə. Tərkibində spirt var. Bu gün isə hamı spirtlənir. Stəkanlar mətbəxdə yuyulub rəfə qoyulandan sonra mən mütləq qaynar su ilə yaxalayıb sonra çay töküb içirəm. Yemək yediyim qabdan da bu formada istifadə edirəm. Bu xüsusiyyət məndə əvvəldən var. Ona görə də karantin rejimi məni dəyişməyib”.