Artileriya zərbələri Sərkisyanı şoka salıb – Ermənistandan çaşqın bəyanatlar

 

serj putin oxuyetAzərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı erməni birləşmələrinə dünən gecə endirdiyi cavab zərbələri Ermənistanda və Xankəndində şok effekti yaradıb. Strateq.az bildirir ki, bu gün səhər keçirilən dövlət komissiyasının iclasında S. Sərkisyan çıxşının bir hissəsini bu hərbi insidentə sərf edib.
Zərbənin təsirindən bütün reallıq hissini itirən Sərkisyan bəyan edib ki, “bu hadisədə əli olanların tapılması, izlənməsi üçün hər şey edəcək”.
Çıxışından vəcdə gələn Sərkisyan daha sonra bəyan edib ki, “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”. Qəribədir ki, ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesində Yerevan cani-dildən subut etmək istəyir ki, Dağlıq Qarabağ probleminin ona dəxli yoxdur və o sadəcə “yerli erməni xalqının maraqlarını müdaifə edir”. Azərbaycan ordusunun dünənki zərbəsi Sərkisyanı bu oyunda əsl oyunçunun kim olduğunu bir daha açmağa vadar edib.
Ermənistan prezidenti daha da uzağa gedərək bu münaqişəni onların xeyrinə həlli edəcək üçüncü tərəfin müdaxilə imkanlarına da toxunub. “Ermənistan planetin ən çox hərbiləşdirlimiş ərazisidir”,- deyən Sərkisyan bununla da öz ərazisində mövcud olan Rusiyanın 102-ci hərbi bazasına işarə edib.
Qeyd edək ki, dünən baş vermiş hadisə ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları cinayət işi açıb. Xankəndində isə “şəhər günü” ilə bağlı keçirləcək bayram tədbirləri ləğv edilib.

99“AzPolitika.info”nun məlumatına görə, Emənistan Müdafiə Nazirliyi də bəyanatla çıxış edib. Erməni mətbuatı bildirir ki, Emənistan Müdafiə Nazirliyi bundan sonra təmas xəttində raket və artilleriyadan istifadə edəcəyini bəyan edib.Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dislokasiya yerlərini, ordu hissələrinin, texnikanın və canlı qüvvənin bütün hərəkətini “daimi nişangahda” saxlayacaq.

Qeyd edək ki, separatçıalrın hərbi qurumu sentyabrın 25-də Qarabağın şimalında raket-artilleriya zərbələri nəticəsində 4 erməni hərbcisi öldürüldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb. Zərbə TR 107 sistemindən saat 17:30-da endirilib.
Azərbaycan Müdafiə Nazirliyi 26 sentyabr tarixli məlumatında erməni tərəfdən açılan raket-minaatan atəşi nəticəsində əsgər Elşən Məmmədovun həlak olduğunu bildirib. Üç hərbçi yüngül yaralanıb.
Cavab tədbirləri nəticəsində düşmənin mövqelərinə adekvat zərbələr endirilib və erməni tərəfi dörd əsgər itirib, 16 nəfər yaralanıb.
Azərbaycanın müdafiə qurumu vəziyyətin gərginləşməsinə görə məsuliyyəti erməni tərəfinin üzərinə olduğunu bəyan edib.

 






Fikirlər