"Əli HƏSƏNOV və dəstəsi HƏBS EDİLMƏLİ, oğurlanan milyardlar XALQA QAYTARILMALIDIR!"

‘Əli Həsənovun fəaliyyəti Dövlətimizə və elə hakimiyyətin özünə də düşmənçilikdir’ – Aslan İsmayılov

"Hakimiyyətin elan etdiyi islahatı gözdən salan əsas amillərdən biri də konkret tədbirlərin görülməməsi, Dövlətə dəymiş ziyanın rəsmi qaydada geri qaytarılmamasıdır. Uzun müddətdir ki, Əli Həsənov dəstəsinin on milyonlar mənimsədiyini, öz reket jurnalistlərinə dövlət hesabına yüzlərlə mənzillər paylayıb Dövlətini, millətini sevənləri illərlə şantaj, təhqir etdirməsi barədə materiallar dərc olunur. Onun yüz milyonlarla ölçülən varidatının dəqiq ünvanları yayılır. Ancaq bu günə qədər də heç bir tədbir görülmür. Öz növbəmdə bildirirəm ki, Ə.Həsənov və dəstəsinin taladıqlarının miqdarı nə on milyonlardır, nə də yüz milyonlar. Bunların xalqdan oğurladıqları milyardlarla ölçülür".

 "AzerTaym.az" bildirir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov deyib. O, Əli Həsənov və onun dəstəsinin həbs edilməli olduğunu diqqətə çatdırıb:

"Mən hələ əxlaqi-mənəvi dəyərlərimizə, söz azadlığına, jurnalistiyə vurulan ziyandan yazmıram. Xalqın hörmətini qazanmaq istəyən hakimiyyət pafoslu bəyanatlardan konkret işlərə keçməlidir. Ən azından yaxın zamanlarda Ə.Həsənov və dəstəsi həbs edilməli, xalqdan oğurlanan milyardlar xalqa qaytarılmalıdır. Bu gün də ara qarışdırmaqla məşğul olan jurnalistlərə verilmiş mənzillər, ofislər geri alınıb ilk növbədə Qarabağ qazilərinə, həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir" 

"Ümumiyyətlə, vaxtı ilə bu dəstənin sifarişi ilə şər-böhtanla, şantajla məşğul olan bütün xəbər saytları, jurnalistlər barədə ölçü götürülməli, reket jurnalistikaya son qoyulmalıdır. Bu gün milyonlarla insanlar bu talançıların, xalq düşmənlərinin hesabına bir tikə çörəyə möhtac qalıb. Ac-yalavac xalq isə pafoslu çıxışlara, vədlərə uzun müddət inanan deyil. Onun da bir səbr çərçivəsi var. Heç bir suçum olmadığı halda sağlamlığımla bağlı ölkədən çıxmağıma ard-arda saxta cinayət işləri açdırmaqla məhz Ramiz Mehdiyev - Əli Həsənovun dəstəsi 3 il imkan vermədi. İndi necə olur ki, milyardları oğurlayan, barəsində cinayət işi olan halda xüsusi reyslərlə xaricə göndərilir. Niyə bunlara bu şəraiti yaradanlar araşdırılmır?!" - A.İsmayılov əlavə edib.






Fikirlər