“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır” - ŞOK ETİRAF!
“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır”. “Telegram”ın Ermənistan seqmentində yayılan məlumatlara görə, bu sözləri erməni əsgərlərin valideynləri ilə görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyanın köməkçisi Nairi Sarqsyan deyib. Sözügedən açıqlama Ermənistanda geniş müzakirə mövzusuna çevrilib. Bu açıqlamanı həm də Ermənistan cəmiyyəti tərəfindən tarixi həqiqətlərin və ədalətin qəbul edilməsi istiqamətində ilk qığılcım kimi də qiymətləndirmək mümkündür. İstər cəbhədə, istərsə də siyasi arenada ağır məğlubiyyətə düçar olmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq həqiqəti etiraf etmək məcburiyyətində qalıb. /Yenisabah.az