Sarkisyandan ETİRAF: “Qarabağa görə mənə iki dəfə pul təklif olundu”
“Əliyev Qarabağ ətrafında yeddi rayonun qaytarılmasına görə iki dəfə pul təklif edib”. Bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnews” saytına müsahibəsində Azərbaycanın beş rayonun qaytarılması üçün Belarus prezidenti vasitəsilə 5 mlrd. dollar təklif etməsinin doğru olub-olmaması barədə sualın cavabında deyib. "Deməliyəm ki, bu, ilk söhbət deyildi. Mənim əvvəllər də Əliyevlə belə söhbətim olub", - Sarkisyan deyib. “Əliyev bu pulları şəxsən özü təklif edib?” dəqiqləşdirici sualın cavabında Sarqsyan deyib: "Yox, belə olmayıb, sadəcə, belə deyilib". O, Paşinyanın bu təklifi qəbul etdiyini istisna etməyib. "Ən azı məlum oldu ki, Əliyev və Paşinyan gizli danışıqlar aparıblar. Bu danışıqları kimin apardığı, erməni tərəfini operativ əlaqə ilə kimin təmin etdiyi, Paşinyana məktubu kimin verdiyi məlumdur". Sarkisyan 2018-ci ildə istefadan sonra ilk müsahibədən öz hərəkətlərinə haqq qazandırmaqdan ötrü istifadə edib. Onun idarəçiliyi dövründə inzibati-ərazi bölgüsü haqqında qanun niyə qəbul edilmişdi? Belə ki, hazırda Azərbaycanla sərhəd bu qanuna əsasən çəkilir. Bu sualın cavabında o deyib: "O vaxt biz öz qanunlarımızı yaza və həmin qanunlarla Dağlıq Qarabağ Respublikasının müstəqil mövcudluğuna rəsmi xarakter verə bilmədik. Biz yaz bilmədik ki, Ermənistanın qonşusu Dağlıq Qarabağ Respublikasıdır". “Bəs niyə yazdınız ki, bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhəddidir? Bunun cavabında qeyd edib ki, "biz başqa cür yaza bilməzdik, çünki bu, Dağlıq Qarabağ Respublikasının qismən tanınması demək olardı, tanınma isə danışıqlar prosesinin dayandırılması demək olardı". Sonra o, Paşinyanı İkinci Qarabağ Müharibəsi dövründə Dağlıq Qarabağı tanımaqdan imtina etməkdə suçlayıb. Sarkisyan “niyə özü bunu etmədi” sualının cavabında deyib ki, aprel müharibəsi zamanı o hazır idi, lakin müharibə tez dayandı. Daha sonra o, Paşinyanı və Qarabağ separatçılarının liderini onun və digər eks-prezident Köçəryanın Moskva səfərlərini pozmaqda ittiham edib. Sarkisyanın sözlərinə görə, onları Rusiya XİN rəhbəri Lavrov qəbul etməli idi. Sarkisyan Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını da tənqid edib. Onun fikrincə, Paşinyan ucuz nüfuz qazanmaq istəyirdi və istəyirdi ki, qarabağlılar onun adamı Araik Arutyunyanı özlərinə lider seçsinlər. “Niyə Paşinyan Qarabağı danışıqlar prosesinə daxil etməyə çalışırdı” sualının cavabında Sarkisyan deyib ki, bu bəyanatlar vaxt qazanmaq məqsədi daşıyırdı. Ancaq buna cavab olaraq Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara cəlb olunması məsələsini qaldırdı.