"Ona görə də bu çaqqal belə danışır..." — POLİTOLOQ

"Ona görə də bu çaqqal belə danışır..." — Politoloq

"Dağlıq Qarabağ heç bir zaman Azərbaycanın tərkibində olmayacaq"

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan deyib.

Sarkisyan bildirib ki, birtərəfli güzəştlər Qarabağ münaqişəsinin həllində rol oynamayacaq. Dağlıq Qarabağ bundan sonra heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu mümkün olan şey deyil.

Sarkisyanın bu çıxışını politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a şərh edib:

"8 avqust 1992-ci ildə Azərbaycan ordusu Vəngə gedib çatmışdı. O zaman Azərbaycan hakimiyyətində savadsız, dünyadan bixəbər insanlar əyləşmişdi.

O zaman yazı yazmışdım ki, hücumu dayandıraq, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtar status verək. Əks halda ermənilər rusların köməyi ilə hücuma keçəcək və nəinki Dağlıq Qarabağı, hətta ətraf rayonları da alacaq. Sonra isə təklif edəcəklər ki, ətraf rayonları qaytarmaq yolu ilə Dağlıq Qarabağın müstəqilliyini tanıyaq. O zaman məni söydülər. Dedilər, müqəddəs ordumuz müqəddəs torpaqları azad edəcək. Sosial Demokratlar arxa cəbhədə təslimçilik ruhu yayırlar. Mən deyən oldu. Rusların köməkliyi ilə ermənilər Dağlıq Qarabağı da, ətraf rayonları da aldılar. Ona görə də, indi Sarkisyan deyir ki, birtərəfli güzəşt ola bilməz. Sarkisyan bunu deməklə həm də bildirir ki, ətraf rayonları qaytarırıq, siz də Dağlıq Qarabağın müstəqilliyini tanıyın.

Acı həqiqət ondan ibarətdir ki, Azərbaycan məğlub tərəfdir. Ermənilər Qarabağı işğal edəndə bizdə hakimiyyət davası gedirdi. Ona görə də, bu çaqqal belə danışır".






Fikirlər