Çavuşoğlu Bakıya gəlir: Qarabağın gələcəyi və Rusiyanın Azərbaycandakı fəaliyyəti...

Çavuşoğlu Bakıya gəlir: Qarabağın gələcəyi və Rusiyanın Azərbaycandakı fəaliyyəti...

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir. Səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək. Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.

 "AzerTaym.az" bildirir ki, politoloq Zaur Məmmədov səfər çərçivəsində müzakirə ediləcək məsələləri “Sherg.az”a sadalayıb.

 

Onun sözlərinə görə, son zamanlar Azərbaycan və Türkiyə rəsmilərinin qarşılıqlı səfərləri aktivləşib:

“Bunun da əsas səbəbi tərəflər arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı dərin əməkdaşlığın təzahür etməsidir. Çavuşoğlu son 6 ayda ölkəmizə ən çox səfər edən nazirdir. Çox güman ki, səfər əsnasında həm Türkiyə şirkətlərinin Azərbaycana gəlişi, həm də Türkiyə-Azərbaycan arasında yeni nəqliyyat layihələri və infrastrukturunun reallaşması ilə bağlı müzakirələr olacaq”.

Z.Məmmədov vurğulayıb ki, səfər zamanı əsas müzakirə predmetləri – Qarabağın gələcəyi, ermənilərin kompakt yaşadığı bölgələr və Rusiyanın Azərbaycandakı fəaliyyəti və başqa məsələlər olacaq:

“Hər halda Tovuz təxribatından sonra qardaş ölkə ilə ciddi şəkildə yaxınlaşmanın şahidi olduq. Yaxın zamanlarda Türkiyə-Azərbaycan və Türkiyə-Rusiya arasında bağlı qapılar arxasında müzakirə edilən bəzi məsələlərlə bağlı qərarların ictimaiyyətə açıqlanmasının şahidi olacağıq”.






Fikirlər