Üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA...
Bakı və Yerevan üçtərəfli işçi qrupunun fəaliyyəti çərçivəsində konstruktiv yanaşma nümayiş etdirir. "AzerTaym.az" Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. O bildirib ki, işçi qrupun əsas vəzifəsi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaları həyata keçirməkdir.