“Bayden sözünün ağası deyil, nə danışdığını bilmir, Putin isə...” – Zərdüşt Əlizadənin ŞƏRHİ

“Bayden sözünün ağası deyil, nə danışdığını bilmir, Putin isə...” – Zərdüşt Əlizadənin şərhi

 "Baydenin Putin haqqında dediyində həqiqət var. Bəyəm, Putin qatil deyil?” 
 "AzerTaym.az" bildirir ki,bu sözləri qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində işlətdiyi "qatil” ifadəsinin iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərməyəcəyini deyən Zərdüşt Əlizadə sanksiyaların Kremlin təcavüzkar siyasətinə də təsir etmədiyini söyləyib: 
"İndi səfirləri məsləhətləşmək üçün geri cağırıblar. Bu narazılığın birinci ifadəsidir və o deməkdir ki, diplomatik münasibətləri daha aşağı səviyyəyə keçirməyə hazırıq. Unutmayaq ki, Bayden sözunun ağası deyil. Nə danışdığını bilmir. Arxasında duran müdafiə nazirinin adını unudur və s. Qoca adamdır, özü üçün danışır da. Ağıllı adamlar onun dediklərinə fikir verməz. Qarabağda da Balasanyan ağzına gələni deyir. Ona fikir verən kimdir. Görünənlər onu ehtimal etməyə imkan verir ki, Bayden səhhətinə görə 4 illik prezidentlik müddətini başa vura bilməyəcək. Səlahiyyətləri vitse-prezident Kamala Harrisə keçəcək. Amma digər bir tərəfdən isə Baydenin dediyində həqiqət var. Bəyəm, Putin qatil deyil? Artıq hamı Putinin cinayətlərini bilir." 
Zərdüşt Əlizadə hesab edir ki, Baydenin məlum sözləri və Rusiyaya qarşı gözlənilən yeni sanksiyalar Kremli təcavüzkar siyasətindən çəkindirməyəcək:
"Buna qədər qonşulara qarşı yeritdikləri aqressiv siyasət yenə davam edəcək. Amerika Rusiyanın qarşısını bu sahədə ala bilmir. Rusiya nə istəyirsə, onu da edir. Sadəcə, Rusiyanın iqtisadiyyatı daha geniş təcavüzkar siyasət aparmağa imkan vermir. Yəni, hakim zümrə xalqdan o qədər oğurlayır ki, dövlətin səmərəli siyasət aparması mümkün olmur. ABŞ bundan sonra da Rusiya ilə müəyyən sahələrdə əməkdaşlıq edəcək. Bayden dünənki çıxışında da bunu dedi. Nüvə silahı və başqa qlobal problemlərin həlli istiqamətində isə bu iki ölkə əməkdaşlıq edir və edəcək”






Fikirlər