KREMLin sözçüsü Rusiyanın DOSTU və DÜŞMƏNİ olan ölkələrin adlarını AÇIQLAYIB...

“Beynəlxalq arenada Rusiyanın dostlarının sayı ziddiyyətli münasibətlərimiz olanlardan çoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.

“Dostlardan danışanda Çindən başlamaq lazımdır. Eləcə də Hindistandan. Bundan sonra Avstraliyadan başqa Asiya və Sakit okean regionu ölkələri gəlir. Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya-red.) istisna olmaqla keçmiş sovet respublikaları ilə praktik olaraq çox yaxşı münasibətimiz var”, - D.Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, Rusiya Afrika və Latın Amerikası ölkələri, o cümlədən bir sıra Avropa dövlətləri ilə də münasibətləri inkişaf etdirməkdə maraqlıdır: “Brüssellə (Avropa İttifaqını nəzərdə tutur-red.) işlər qaydasında deyil. Bununla belə Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli münasibətlər əsasında danışıqlar davam edir”.






Fikirlər