Rusiya diktator Stalinin üsullarından istifadə edir - Litva prezidenti

Rusiya diktator Stalinin üsullarından istifadə edir - Litva prezidenti“Rusiya Sovet İttifaqına qayıdır”.

Rusiya sovet keçmişinə baxır və tez-tez sovet diktatoru Stalinin üsullarından istifadə edir.

Oxu.Az xəbər verir ki, bu barədə Litva prezidenti Dlya Qribauskayte bu gün Amerika nəşri “Wall Street Journal”-da dərc olunan müsahibədə bildirib.

“Biz son on ildə Rusiyanın öz sovet keçmişinə baxdığını və tez-tez Stalin rejiminin üsullarına əl atdığını görürük. Gürcüstana və Ukraynaya təcavüzü bunu təsdiq edir”, - Qribauskayte nəşrə bildirib.

“Bu gün biz 75 il öncə olduğu kimi (Litva “Amerika Birləşmiş Ştatlarının Baltikyanının işğalını tanımaması”nın 75 illiyini qeyd edir) bir olmalıyıq. Biz Gürcüstanın ərazi işğalını tanımırıq, Krımın təcavüzünü qınayırıq və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyirik”, - Qribauskayte bildirib.

Litvanın prezidentinin sözlərinə görə, Litvanın son 25 ildə baş verən transformasiyası Şərq qonşuları üçün gözəl nümunə ola bilər.

“Bizim ölkədə radikal islahatlar aparılıb, biz keçmiş ilə barışmışıq, millətin faciəvi itkiləri üçün məsuliyyəti qəbul etmişik, bununla da ölkənin gələcəyi üçün təməl qurmuşuq. Bu gün inkişaf edən və müstəqil Litva demokratik ölkələr klubunun üzvü olması ilə fəxr edir”, - Qribauskayte vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna, Moldova və Gürcüstan Avropaya inteqrasiya yolunu seçiblər və heç kim onların qərarını alçalda və ya ona şübhə ilə yanaşa bilməz.






Fikirlər