26.09.2014 - “Onu dayandıracaq lider yoxdur”-Putinin düşməni

26.09.2014 - “Onu dayandıracaq lider yoxdur”-Putinin düşməniVladimir Putinin Ukraynaya təcavüzü Avropanın siyasi xəritəsini yenidən müəyyən etmək üçün ilk addımdır. Əgər Rusiya prezidenti Ukraynada dayandırılmasa, o, çox irəli gedəcək.

"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Litva Prezidenti Dalya Qribauskayte “Vaşinqton Post” qəzetinə verdiyi açıqlamasında deyib.

“Biz Krımda baş verənlərin şahidiyik. əvvəlcə “yaşıl adamlar” idi, sonradan həmin adamlar rus hərbçilərinə çevrildi. Ukraynanın şərqində də eyni vəziyyət yaşanır. Mən əminəm ki, ora Putinin öz gücünü göstərmək üçün işğal etdiyi son ərazi deyil”, - Qribauskayte deyib.

Prezident bildirib ki, Ukraynada vəziyyət ciddiləşdikcə rus qoşunları da ölkənin içərilərinə doğru irəliləyir:
“Bu da o deməkdir ki, dünya Rusiyaya öz qonşularını təhdid edən, hətta onlara müharibə elan edən bir ölkə olmağa icazə verib. Bu, İraqda və Suriyada qarşılaşdığımız beynəlxalq terrorçuluqdur. Problem ondadır ki, bu gün Putin Rusiyası müharibə istəyir və ona hazırdır. Qərb isə müharibəyə hazır deyil və döyüşmək istəmir. Avropada Putini dayandıra biləcək lider yoxdur”.






Fikirlər