Litva prezidenti də Soçi olimpiadasını boykot etdi

Litva prezidenti Dalya Qribayskayte Rusiyanın Soçi şəhərində 2014-cü ildə keçiriləcək Qış Olimpiya oyunlarına getməyəcək.
Litva prezidenti də Soçi olimpiadasını boykot etdi
Azertaym.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, bunu Rusiyanın siyasi hakimiyyətilə fikir ayrılığına görə atdığını deyib.

“Hər şey göz qabağındadır. Rusiyada insan hüquqları pozulur, həmçinin onların Litva da daxil olmaqla, bəzi tərəfdaşları ilə münasibəti də istənilən səviyyədə deyil.

Bu baxımdan Soçiyə getməyə dəyməz”, - deyə Litva prezidenti bildirib.






Fikirlər