20.06.2014.- Şok skandal! Litva Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımır
Beynəlxalq təşkilatların və dünyanın ayrı-ayrı dövlətlərinin Azərbaycana qarşı ikili standartları davam etməkdədir.
Mötəbər mənbələrdən daxil olan məlumata görə, Litva Seymi qondarma Dağlıq Qarabağ Respublikası ilə parlamentlərarası dostluq qrupunun yaradılması barədə qərar qəbul edib
.
Məlumatda o da bildirilir ki, Litva parlamentinin belə bir qərar qəbul etməsində əsas məqsəd separatçı rejimin beynəlxalq ictimaiyyətə tanıdılmasına nail olmaqdır.
"AzerTaym.az"