"Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır" - Ərdoğanın sözçüsü
"NATO zirvəsinin ardınca Azərbaycanın tarixi və mədəniyyət mərkəzi Şuşaya gedirik". "Report"un xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tvitterdəki səhifəsində yazıb. "Qarabağ zəfərini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - o , qeyd edib.