“QARABAĞ yükü”nün altında qalan Ermənistan - Bakının barışıq əli sıxılmayınca...

Erməni xalqı çəkə bilmədiyi “yük”dən, “müharibə partiyası” və miflərdən nə qədər tez qurtulsa, özünü xilas şansı bir o qədər çox olar...

Azərbaycan və erməni xalqlarının barışığı sözsüz ki, ən çox ermənilərə lazımdır. Son 30 ilin acı təcrübəsi də göstərdi ki, Ermənistan adlı formal dövlətin həm varlığı, həm də inkişafı müstəsna olaraq qonşu Azərbaycan və Türkiyə ilə normal əlaqələrin qurulmasına bağlıdır. Eləcə də Qarabağ anklavındakı azsaylı erməni əhalinin orada daimi qalıb rifah içində yaşaması yenə bu amilə bənddir.

Əfsus ki, erməni tərəfi bu yöndə səylər göstərmək, tarixi fürsəti doğru dəyərləndirib tələsmək əvəzinə, hələ də bu sadə həqiqəti görməzlikdən gəlir, öz xoşbəxtliyini yenə başqa ünvanlarda axtarır, Azərbaycan və Türkiyəyə qarşı məkrli oyunlara son vermir. O sırada Qarabağla bağlı Azərbaycanın “çiyinləri” arxasında hiyləgər oyunlar çevirməyə, ərazidə münaqişəyədək mövcud olmuş demoqrafik durumu süni surətdə öz xeyrinə dəyişmək cəhdlərindən əl çəkmir. Bu dəfə Rusiya sülhməramlılarını alət eləməklə. Qarabağda heç vaxt yaşamamış 76 erməni ailəsinin (376 nəfər) Xankəndinə köçürülməsi haqda yayılan xəbər bu qəbildəndir.

*****

“Ermənilər ilk dəfə deyil ki, Azərbaycan torpaqlarında süni şəkildə əhalinin sayını artırmağa çalışır. 44 günlük müharibədən öncə də belə cəhdlər olurdu”.

Bu sözləri politoloq Qabil Hüseynli 44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailənin Xankəndinə köçürülməsi xəbərini şərh edərkən deyib (Axar.az).

Politoloq Xankəndinə köçürülən ermənilərin sayının həqiqəti əks etdirmədiyini xatırladıb: “14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Təbii ki, köçürülüb gətirilmə hələ Qarabağda onların qalıb məskunlaşması demək deyildi. Baxmayaraq ki, köçürülüb gətirilənlərə aylıq müavinət, pulsuz yemək verilir, tibbi xidmət və s. göstərilir, Qarabağa qaytarılanların əksəriyyəti geri qayıtdı və bu gün orada təxminən 30 min civarında erməni yaşayır. Bu rəqəmi Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan da təsdiqlədi. O bildirdi ki, Qarabağda ümumilikdə 35 minə yaxın erməni əhalisi var. Əlbəttə ki, Arutyunyan real rəqəmi demir və belə çıxır ki, Qarabağdakı ermənilərin sayı 30 mindən də azdır. İndi isə Ermənistan heç vaxt Qarabağda yaşamayanları müxtəlif vədlərlə şirnikləndirərək, Azərbaycan ərazilərinə köçürüb məskunlaşdırmaq və burda saylarını artırmaq istəyir”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

Q.Hüseynli belə cəhdlərin heç nəyi dəyişməyəcəyinə əmindir: “Məsələ ondadır ki, hazırda işğaldan azad edilən Qarabağda bərpa işləri davam edir. Bərpa prosesin ardınca böyük qayıdış planı başlayacaq. Yəni 800 mindən çox azərbaycanlı öz doğma torpaqlarına geri dönəcək. Onu da deyim ki, 27 il öncə bu say 800 min idi, hazırda bu sayın milyonu keçdiyi məlumdur. Yəni lap ermənilərin sayı Qarabağda 50 min olsa belə, 1 milyondan artıq azərbaycanlı ilə birlikdə onlar yenə də azlıq vəziyyətində olacaq. Nəticə etibarilə ermənilərin Qarabağda əhali sayını süni surətdə artırmaq cəhdi onlar üçün yaxşı heç nə vəd etmir”.

Politoloq eyni zamanda bildirib ki, Azərbaycan rəsmi səviyyədə Qarabağda əvvəl yaşayan hər kəsin dəqiq siyahısını bildiyini elan edib: “Prezident də çıxışlarının birində qeyd etdi ki, Dağlıq Qarabağda 1991-ci ilə qədər yaşayanların dəqiq siyahısı var və sonradan məskunlaşmanı rəsmi Bakı qəbul etməyəcək. Yəni ermənilərin Qarabağda bu cür məskunlaşma siyasəti özlərinə ziyan vuracaq. Onsuz da həmin şəxslər qanuni şəkildə geri qaytarılacaqlar. Yaxşı olar ki, bu həqiqəti İrəvan indidən dərk etsin, ora köçürülməsinə çalışılan ermənilərin taleyi ilə oynamasın”.

*****

Saxta İnfo

Larisa Allaverdiyan 

Bu arada Ermənistanda radikal-revanşist ünsürlər iki xalqın barışığına hər vəchlə mane olmağa yönəlik fəaliyyətlərini davam etdirirlər. Onların arasında Ermənistanın 1-ci ombudsmanı olmuş Larisa Allaverdiyan da var. 44 günlük Vətən müharibəsindən sonra hələ bir dəfə də olsun, onun dilindən iki qonşu xalqı sülhə çağıran açıqlama, bəyanat eşitməmişik. 

Vaxtaşırı radikal açıqlamalar verən, Azərbaycana əsassız ittihamlar və hədyanlar yağdıran, Türkə nifrəti aşıb-daşan bu hikkəli erməni qadını indi də öz xalqını son parlament seçkilərində “kapitulyantı”, yəni Nikol Paşinyanı qalib eləməkdə suçlayıb. Buna “təəccübü”nü gizlətməyib. Çünki onun kimilərin xəstə məntiqincə, erməni xalqı məhv olmaq üçün R.Köçəryanın “Hayastan” bloku timsalında “müharibə partiyası”na səs verməli imiş...

Paşinyan istifasını isteyenlere seslendi: Kolaysa gelin Türklerle siz savaşın - Yeni Şafak

“Yeni Müsavat”ın məlumatına görə, yerli mediaya açıqlamasında erməni ombudsman həmçinin Paşinyan hökumətini “Qarabağ yükü”nü öz çiynindən atmaq istəməkdə suçlayıb və növbəti dəfə Azərbaycanı “beynəlxalq humanitar hüququ pozmaqda” (?!) ittiham edib.

“Sovet dövründə böyüyən bir nəsil Qarabağ məsələsini gündəmə gətirdi, ardınca 1-ci Qarabağ müharibəsində qalib gəldi, Azərbaycana aid olmayan əraziləri hüquqi baxımdan azad etdi (?! - red.), çünki bu ərazilər vaxtilə sovet hökuməti tərəfindən Azərbaycana bağışlanmışdı. Bu gün isə ”Qarabağ yükü"ndən qurtulma prosesi davam edir", - deyə ağlını itirmiş yaşlı erməni qadını çərənləyib.

Hansı “erməni əraziləri”ni, kim, nə vaxt Azərbaycana bağışlayıb, bunu yəqin ki, onun özü, bir də uydurma tarixə inanan soydaşları bilir. Təbii ki, o, qondarma “artsax” dövlətinə daxil edilmiş 7 rayonumuzu və Şuşanı nəzərdə tutur. Ordumuz haqq ədalətli bərpa edəndən, işğalçının başına “Dəmir yumruq” endirəndən sonra indi  hürə-hürə qalıblar. Hərçənd az-çox ağlını itirməyən ermənilər nə baş verdiyinin, Azərbaycanla barışığın qaçılmaz olduğunun fərqindədirlər...  

Qəflət yuxusundan oyana bilməyən daşnak qırıntısı Larisa isə dərin təəssüf hissi ilə deyir ki, son illər Ermənistanda Qarabağ haqqında düşüncənin özü xeyli dəyişib: “Hətta bu cür ifadələr səslənir ki, ” biz vaxtilə azərbaycanlılarla birgə yaşamışıq və hər şey onda yaxşı idi". Əlbəttə ki, yaşamışıq və bu yaşayışın nəticələrini Sumqayıtda, Bakıda, Gəncədə hiss etdik. Erməni tərəfi 320 yaşayış məntəqəsini (?! - red.) itirdi. Ermənistanın indiki nəsli üçün belə görünür əhəmiyyətsiz olmuş 500 min erməninin ağrısını necə unutmaq olar? Valideynlərimizin yurd yerlərini düşmənə təslim edən hökuməti seçkidə qalib edən insanların seçimini anlamıram. Seçkilərdə insanların nəyi rəhbər tutduğunu bilmirəm, axı mövcud hakimiyyət Azərbaycana onun 100 illik hədəfini - erməni soyqırımını həyata keçirmək üçün kömək edir".

Beləcə, Allahverdiyan yenə öz xalqını aldatmağa çalışıb, faktiki surətdə onu yenidən fəlakətli yola dönməyə səsləyib. Özlərini insan adlandıran bu xəbis məxluqlara heç cür çatmır ki, erməni xalqının faciələri məhz ona aid olmayan “yüklər”dən, özəlliklə “Qarabağ yükü”ndən tam qurtulanda, yəni qonşuların torpaqlarına göz dikməyə son qoyanda bitəcək.

Bunun üçün erməni xalqı allahverdiyanlar yetişdirməyi dayandırmalıdır. Özü də təcili. Çünki Bakının barışıq əli sıxılmayınca, erməni xalqı nicat tapmayacaq...    /“Yeni Müsavat”

 
 






Fikirlər