Elton Məmmədovun deputat kimi xaricdə son çıxışı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini Elton Məmmədov bu yaxınlarda Sankt-Peterburqda səfərdə olub.

MM-dən Modern.az-a daxil olan məlumata görə, o, İkinci Dünya Müharibəsinin bitməsinin 70 illiyinə həsr olunmuş beynəlxaql konfransda çıxışı edib.

O bildirib ki, İkinci Dünya Müharibəsinin başa çatmasından 70 il keçir və həmin müharibədə çoxları cəsərət və hünər göstərmişdilər. Hər kəs faşizm üzərnidəki ümumi qələbəyə öz töhfəsini verib.

“Qeyd etmək istəyirəm ki, İkinci Dünya Müharibəsi illərində Azərbaycan öz təbii sərvətləri və əlverişli coğrafi mövqeəyi ilə böyük dövlətlərin planında önəmli yer tuturdu. Almaniya Bakı neftini ələ keçirərək İran və Hind okeanına irəliləməyi planlaşdırırdı. Təkcə 1942-ci ildə almanlar 91 dəfə Bakının hava məkanına daxil olmağa cəhd etmişdilər. Lakin “Edelveys” planı alt-üst oldu, alman-faşist qüvvələrinin Cənubi Qafqaz və Yaıxn Şərqə çıxa bilmədilər. 

Əhalinin sayı 3,4 milyon nəfər olduğu halda (1941-ci ilin məlumatına görə) Azərbaycandan cəbhəyə 700 min nəfər, o cümlədən 10 qadın və 40 min könüllü çağırılmışdı. 300 mindən artıq soydaşımız döyüş meydanlarında həlak oldular. 400 mindən artıq azərbaycanlı orden və mdeallarla, 128 nəfər isə Sovet İttifaqı Qəhərmanı adı ilə mükafatlandırılmışdı. Azərbnaycanda formalaşdırlan 5 milli diviziyadan biri – 416-cı Taqanroq diviziyası Qafqazdan Nerlinə qədər döyüş yolu keçmişdi. Anşifaşit hərəkarında da azərvaycanlılar aktiv idilər. Təkcə, Fransadakı müqavimət hərəkatında 3 mindən artıq azərbaycanlı var idi. 

İkinci Dünya Müharibəsi zamanı bütün Azərbaycan iqtisadiyyatı ordunun ehtiyaclarını ödəməyə yönəlmişdi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 85 milyon ton neft, 32 milyon ton benzin aparılmışdı. Döyüşçülər azərbaycanlı neftçilərini böyük hörmətlə yad edirdilər”. 

E.Məmmədov deyib ki, Böyük Vətən Müharibəsi əbədi çağırışdı və bizi diqqətli olmağa, ekstremizm, şovinizm və milli dözümnsüzlük hallarını dərhal ləğv etməyə vadar edir: “Amma təəssüf ki, bəşəriyyət bu faciəni sona qədər həzm etməyib. Bu gün bütün Yer kürəsinin sülh şəratinidə yaşaması üçün xalqları bir-birinə qarşı qoyan ideologiyadan, ikili standartlardan, ksenofobiya, nasizm və zorakılığa son qoyulmalıdır. Yalnız dövlətlərarası, etnik və dini konfliktlərdən azad cəmiyyətdə biz sülh içində yaşaya biləcəyik.

Bəşəriyyətin İkinci Dünya Müharibəsinin faciələrini unutmağa haqqı yoxdur. Müharibələrin nəticələri öz ərazi bütövlüyü uğrunda mübarizə aparaan xalqın, dövlətin məğlubedilməz olduğnuu göstərir. Bəşəriyyətin tarixi bizə bunu öyrədir”. 

Modern.az






Fikirlər