Nazirlər Kabineti katibliyinin sabiq müdiri problemə diqqəti çəkdi: “Ağrı dağının adı rusca Ararat yazılır"
“Dünən 2 aylıq işguzar səfərimi tamamlayıb Moskvadan Bakıya döndüm. Bundan əvvəlki gəlişimdə AZAL qoçularının qeydiyyat vaxtı törətdikləri hoqqabazlıqlar yadıma düşdü, növbəti dəfə minik öncəsi əsəbləşməmək üçün “Aeroflot”un xidmətindən istifadə etmək qərarına gəldim. Diqqətimi sizinlə bölüşmək istədiyim vacib məsələ çəkdi. Bu işi bilənlər, mütəxəssislər varsa, bizə dəqiq ünvan yazsınlar ki, kimdən şikayəti edəcəyimizi dəqiq müəyyənləşdirək. Mənim bildiyim, BOİNG-lərin ekranlarında Yerin peykdən görüntülənən ərazilərini GOOGLE müxtəlif dillərdə hazırlayıb və o ərazilərin üzərindən keçəndə adlar müxtəlif dillərdə yazılır. Təyyarə bizim regiona yaxınlaşanda, ərazi adlarına baxırdım. Diqqətimi Türkiyəmizin ərazisində yerləşən Ağrı dağının adının rusca " Горы Арарат" və ingiliscə yazılması çəkdi”. "AzerTaym.az" cebhe.info-ya istinadən xəbər verir ki, bunu Dövlət katibinin sabiq köməkçisi, Nazirlər Kabineti katibliyinin sabiq müdiri Elçin Paşayev deyib. “İstər "Google" olsun və ya digər bir qurum, bu səhvini düzəltməli, Türkiyə Cümhuriyyətinin müvafiq qurumları beynəlxalq hüquq instansiyaları qarşısında iddia qaldırıb, bu adları dəyişdirənləri məhkəməyə verib, yüksək maddi təzminat tələb etməlidir ki, bir də belə səhv etməsinlər!” E.Paşayev ikinci və çox xoş təəsuratımı da bölüşüb: “Səfərdən öncə ağrılarım dəhşətli həddə çatmışdı. İkiqat doza iynə vurub və həblərimi qəbul edib aeroporta getdim. Təyyarədən düşəndə dərmanların təsiri keçmişdi. Sərnişinlər passport- nəzarət buraxılışının qarşısında növbə tutmaq üçün qaçışırdılar. Mən də 20 addım gedib, 2-3 dəqiqə dayanırdım ki, ağrı buraxsın, yola davam edim. Hamı artıq növbəsini tutmuşdu, azı 1-2 saat bu ağrılarla dayanmalıydım. Edəcək bir şey yox idi, dözməliydim. Ancaq ağrı da imkan vermir ki, bir vəziyyətdə dayanam. Birdən Sərhəd Qoşunlarının bir zabiti mənə yaxınlaşıb narahat olduğum üçün məni ötürməyi təklif etdi. Əlbəttə, bu fürsəti əldən vermək mənim üçün azı 1 saatlıq dəhşətli ağrı ilə döyüşmək demək idi. Lakin zabitə dedim ki, siz məni kənardan aparsanız, sərnişinlər mənə qarğış edəcək, sizi istəməyənlər də rəisinizə pıçıldayacaq ki, "leviy adam" aparıb, sizin də başınız ağrıyacaq. Zabit yüksək səslə insanlara dedi:" Bacılar və qardaşlar, bu vətəndaşımızın ağrıları var, bu qədər dura bilməz. Mən bu müəllimi növbəsiz aparıram. Kiminsə etirazı var?" Susqunluq yarandı, 5-6 səs müsbət cavab verdi. Zabit əl çantamı da götürüb məni pasport-buraxılış məntəqəsinin pəncərəsinə yaxınlaşdırıb, getdi. Ağrılarım yadımdan çıxmışdı. İllərdir arzuladığım, Azərbaycanımıza yaraşan məmurluq, zabitlik gördüm!”
O bildirib ki, bu məsələyə biganə yanaşmaq doğru deyil: