Aqil Abbasın tələbələri “avara” adlandırmasına Pənah Hüseyndən CAVAB...
Millət vəkili Aqil Abbasın Milli Məclisin dekabrın 27-də keçirilən iclasında səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, deputatın "Azərbaycanda tələbə inşaat dəstələri yaradılmalıdır. Azərbaycan gənci Qarabağda canından keçə bilir. Niyə Qarabağa gedib könüllü işləməsinlər? Maaş da almalıdırlar. İki ay nədir ki? Boş, bekar və avara gəzənəcən. Bu, on minə qədər işçi qüvvəsi deməkdir" açıqlamasına reaksiyalar müxtəlif olub.
Bir qrup, bu təklifi müsbət qiymətləndirsə də, digərləri millət vəkilini tələbələri “avaralıqda” ittiham etməsi səbəbindən sərt tənqid edib.
Məsələ ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin mövqeyini öyrəndik. DİA.AZ xəbər verir ki, AXP rəhbəri Bizim.Media-ya verdiyi açıqlamasında Aqil Abbasın təklifinin maraqlı olduğunu bildirib:
“Prinsip etibarılə, işçi qüvvəsinə ehtiyac yaranarsa və bu barədə çağırış olarsa, quruculuq fəaliyyətinə dəstək üçün Azərbaycan gəncləri bu işlərdə iştirak etməlidir. Lakin, mənim fikrimcə, prioritet məsələ Qarabağda məskunlaşma və qaydışın sürətlənməsini təmin etməkdir. Aqil bəyin təklifi isə, bu məsələyə diqqəti cəlb etmək baxımından maraqlıdır”.
- Aqil Abbasın çıxışında ən çox müzakirə olunan məsələlərdən biri tələbələri avaralanmaqda ittiham etməsidir. Sizcə, millət vəkilinin müsbət bir təklifi bu formada təqdim etməsi nə qədər düzgün yanaşma idi?
“Aqil Abbas bizim hörmətli şairimizdir. Tələbələr də onun bu açıqlamasını xoşməramlı qarşılayar, deyə düşünürəm”