Aqil Abbasın xanımı ona danışmağı niyə qadağan edib? - İradə Tuncaydan AÇIQLAMA

Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas mətbuata danışmağına embarqo qoyulduğunu deyib.

Deputat ailəsi tərəfindən danışmasına qadağa qoyulduğunu bildirərək, deyib ki, hər müsahibəsindən sonra “it yiyəsini tanımır.

Modern.az saytı məsələ ilə bağlı Aqil Abbasın həyat yoldaşı, tanınmış jurnalist, yazıçı-publisist, İradə Tuncayla əlaqə saxlayıb.
İradə xanım bildirib ki, Aqil Abbasın danışması ilə bağlı ailəsi tərəfindən qoyulan qadağa  zarafatdır.

“Aqil müəllimin dedikləri çox vaxt düzgün anlaşılmır. Qıcıqla qarşılanır. Aqil müəllim yazıçıdır. Uzun illərdir ki, Milli Məclisdə təmsil olunur. Aqil müəllim evdəki adamların sözü ilə oturub-durarmı?! Təbii ki, zarafatdır”. 


Xatırladaq ki, A.Abbas ona qoyulan qadağa barədə ölkə.az-a açıqlamasında məlumat vermişdi.

AzerTaym.az






Fikirlər