Qazaxıstan olaylarının Qarabağa “proyeksiyası” - separatçı-revanşistlər niyə ruhlanıb?

Qazaxıstan bizə qardaş ölkə olsa da, Azərbaycan deyil; Nikol və Araikin qanlı hadisələrlə bağlı “özəl” şərhlərində tək hədəf və Qarabağda sayı artan komandoslarımız...

Beynəlxalq gündəmin mövzularından biri də Qazaxıstan olaylarıdır. Bu da Türk dünyasının mühüm dövlətində imperiyapərəst Rusiyanın təsir imkanlarının artması ilə birbaşa bağlıdır. Türkiyə və Azərbaycanın lokomotiv rolunda olduğu Turan birliyinə imkan verilməməsi isə mənfur ermənilərin də var gücləri ilə çatmağa çalışdıqları hədəflərdəndir.

Təsadüfi deyil ki, dünən KTMT-nin online sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti təxribatçı bəyanatla çıxış edib. Qazaxıstanda fəaliyyət göstərən “silahlılar”dan danışan Paşinyan deyib ki, guya bir il əvvəl Güney Qafqaz regionu da “muzdlular və terrorçular”la üzləşib. Başqa sözlə, Azərbaycan tərəfində vuruşan “suriyalı muzdlular” barədə köhnə, dəfələrlə təkzib edilmiş feykləri təzədən dilə gətirib.

Erməni separatçı-revanşistlərin gözünə də sanki “işıq” gəlib. O sırada Qarabağ anklavında iki ildir rus hərbçilərin arxasında gizlənən quldur separatçıbaşı Araik Arutyunyan Qazaxıstan mövzusunda “geosiyasi” şərhlər verməyə başlayıb. Belə ki, bu zat Türkiyəni, türkləri hədəfə gətirmək, Ankara-Moskva münasibətlərinə və əməkdaşlığına zərbə vurmaq məqsədilə iddia edib ki, guya məlum olaylarda “radikal pantürkist dairələr, ekstremist-terrorçular fəal iştirak edir”.

Ardınca o, köhnə bayatısına sadiq qalaraq çərənləyib ki, 44 günlük müharibə zamanı da “onlar ”artsax"da özlərini ən qəddar şəkildə göstəriblər". Eyni zamanda Rusiyanın müharibənin dayandırılmasında və “terrorçulara qarşı” mübarizədə “həlledici rol oynamasından” dəm vurub.

*****

Erməni terroru davam edir: düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı - AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlbəttə ki, Gəncə və digər şəhərlərimizə raket zərbələri barədə əmr verənlərdən olan Paşinyan və Arutyunyanın özləri terrorçu olduqları halda “terrorla mübarizə”dən danışmaları əsl nonsensdir. Moskvanın 2-ci Qarabağ müharibəsini dayandırmasına gəlincə, əslində Rusiya müharibəni dayandırıb-eləməyib, sadəcə, öz maraqları naminə separatçı ünsürlərin qalıqlarını, separatizm ocağını tam məhvdən xilas edib.

Müharibə o vaxt bitmiş sayılardı ki, Moskva öz satelliti, kapitulyant Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa vadar edərdi, 10 noyabr üçtərəfli sazişin 4-cü bəndini reallaşdırardı. Yəni Qarabağda erməni qanunsuz silahlı dəstələri tərk-silah olunardı.

Rusiya müharibəni dayandıran, “terrorçulara qarşı” amansız mübarizə aparan olsaydı, Azərbaycanın haqqında cinayət işi açıb beynəlxalq axtarışa verdiyi araikləri, keçən ilin noyabrında postumuza əl qumbarası atan terrorçu Norayr Mirzəyanı Bakıya təhvil verərdi. Daha anklavda separatçı ovqatın qalması və qızışdırılması üçün əlindən gələni eləməz, iki xalqın barışığına var gücü ilə mane olmazdı. Nəhayət, Qarabağda süni “Rus icması” yaratmağa cəhdlər göstərməzdi.

Bu mənada araikllərin anklavda bəslənməsi, hətta ara-sıra Moskvaya səfərlər eləməsinə şərait yaradılması, həmçinin ölkəmizə qarşı “Rus icması”nı reallaşdırmaqla məşğul olan rusiyalı deputat Vitali Milonovun Xankəndinə qanunsuz və təxribatçı ziyarətlərini təşkil olunması təbii ki, sırf Rusiyanın maraqlarından qaynaqlanır. Ruslar ermənilərin “qara qaş-gözlərinə” vurulmayıblar...

*****

Nikoloz Khatiashvili, Foreign Policy Non-Resident Research Fellow at Geocase, comments on U.S. Department of State's Country Reports on Terrorism | News agency «Interpressnews»

Nikoloz Xatiaşvili

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının qarşısını almağa cəhd edə bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış gürcü analitik Nikoloz Xatiaşvili Caliber.az-a Qazaxıstandakı məlum proseslərin təhlili fonunda söyləyib.

“İkinci Qarabağ müharibəsinin başa çatması ilə regionda yeni qüvvələr balansı və geosiyasi reallıq yaranıb. Kremlin Cənubi Qafqazda rolu xeyli artıb, onun silahlı qüvvələri yeni ərazilərdə yerləşdirilib. Döyüş əməliyyatlarının başa çatmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər gərgin olaraq qalır, hərgah, Bakı ilə İrəvan arasında danışıqlara və dialoqa hazırlığın bəzi tendensiyaları müəyyən qədər aydın görünür. Bu da gələcəkdə sülh və sabitliyə töhfə verə bilər. Bununla belə, Rusiya öz geosiyasi maraqları naminə Bakı-İrəvan münasibətlərinin normallaşmasının qarşısını almağa cəhd edə bilər”, - deyə politoloq vurğulayıb.

*****

Demək, çox vacibdir ki, Qazaxıstandakı proseslərdə qardaş Türkiyə passiv qalmasın və aktiv rol alsın ki, Rusiyanın Güney Qafqazda da bu qəbildən iştah dişi itilənməsin. Moskva Böyük sülhü daha əlçatmaz eləməsin. Bu xüsusda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Türkiyənin Qazaxıstandakı proseslərə cəlb edilməsi qaçılmaz olacaq. Bu barədə o, öz facebook səhifəsində yazıb.

Sitat: “Fikrimcə, Moskvada yaxşı anlayırlar ki, Qazaxıstana qoşun yeridilməsi vəziyyəti yalnız qısa müddətə sakitləşdirə bilər və bundan sonra daxildəki bütün qazaxıstanlı oyunçular işğalçıya qarşı birgə mübarizə aparacaqlar. Aydındır ki, Türk millətçiliyi əsas müxalifət ideologiyasına çevriləcək. Bəs Kreml ideoloji cəhətdən ona qarşı nə qoyacaq? Məncə, yalnız Duqinin avrasiyaçılıq variantında nəsə ola bilər. Bu o deməkdir ki, Türkiyənin müdaxiləsi qaçılmazdır. Hələlik bunun formatını təsəvvür etmək çətindir. Baxaq görək, Türk Dövlətləri Təşkilatında hansı qərarlar veriləcək. Yalnız bu qurumun stabilləşmə prosesinə cəlb olunması Tokayevə dövlətə xəyanət ittihamlarından yayınmağa imkan verə bilər”.

Yeri gəlmişkən, bu gün - yanvarın 11-də Türk Dövlətləri Təşkilatı XİN başçılarının Qazaxıstanla bağlı fövqəladə toplantısı keçiriləcək...

*****

Sözsüz ki, Azərbaycan və Türkiyənin ildən-ildən böyüyən hərbi qüdrəti, iki qardaş ölkənin döyüşkən ordulara malik olması və ortaq hərbi potensiallarını durmadan artırması, habelə Şuşa Bəyannaməsi bir çox “qaynar başlar” üçün soyuq duş effektindədir və belə də qalacaq. Qazaxıstan isə bizə qardaş ölkə olsa da, Azərbaycan deyil. Qoy kimsə xam xəyallara qapılmasın.

Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər keçirəcək - FOTOLAR » Gundelik-Baku.Com

Bu da növbəti xəbərdarlıq: Azərbaycanın Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş hazırlığı planına əsasən, 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib.

Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi və tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub. Şəxsi heyətin çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Odur ki, anklavdakı erməni separatçı-kriminal tör-töküntülərinin arxayınlaşması və özlərini cəzasız hiss eləməsi üçün hansısa yeni dəlil, heç bir sedativ səbəb yoxdur. Qazaxıstan olaylarının Qarabağa neqativ “proyeksiyası” olmayacaq. Əksinə, bölgədə sayları getdikcə artan komandoslarımız var...  \“Yeni Müsavat”

 
 






Fikirlər