“Ukrayna yaxın 4 gündə təslim olacaq“ - Anonim ABŞ rəsmiləri

“Ukrayna yaxın 4 gündə təslim olacaq“ - Anonim ABŞ rəsmiləri

ABŞ rəsmiləri "Newsweek" nəşrinə bildiriblər ki, onlar Kiyevin bir neçə gündə Rusiyaya qüvvələrinin əlinə keçəcəyini və bundan sonra ölkənin müqavimətinin effektiv şəkildə zərərsizləşdiriləcəyini gözləyirlər.

Yenisabah.az xəbər verir ki, anonimlik şərti ilə danışan rəsmilər bildiriblər ki, Rusiya prezidenti Vladimir Putinin qonşu ölkəni “demilitarizasiya etmək” üçün keçirdiyi “xüsusi hərbi əməliyyat”dan göründüyü kimi, Moskvanın diqqət mərkəzində Ukrayna qüvvələrini mühasirəyə almaq və onları təslim olmağa məcbur etmək olacaq. 

Rəsmilər Kiyevin 96 saat ərzində alınacağını, təxminən bir həftə sonra Ukrayna rəhbərliyinin yenilənəcəyini gözləyirlər.

Rusiyanın Ukrayna hərbi qurumlarına hücumları, Çernobıl nüvə obyekti də daxil olmaqla, strateji nöqtələri ələ keçirmək istəyən quru qoşunlara dair hesabatlar daha əhatəli hərbi kampaniyasının yalnız ilkin mərhələsi kimi görünür.

Rusiya ilə bağlı böyük təcrübəyə malik keçmiş yüksək rütbəli ABŞ kəşfiyyatçılarından biri də oxşar fikirləri dilə gətirib.

ABŞ kəşfiyyatının keçmiş yüksək rütbəli zabiti anonimlik şərti ilə "Newsweek"-ə deyib: "Hava və artilleriya həmlələri bitdikdən və quruda müharibə, həqiqətən, başlayandan sonra, məncə, Kiyev cəmi bir neçə günə çökəcək".

Keçmiş kəşfiyyatçı əlavə edib: "Hərbi kampaniya bir az daha uzun sürə bilər, lakin o qədər də uzun müddətli olmayacaq".

Daha sonra ABŞ kəşfiyyatının yüksək rütbəli zabiti bildirib ki, növbəti mərhələ potensial Ukrayna müqaviməti ABŞ prezidenti Co Baydenin partizan səylərini dəstəkləyərək Moskvanı daha güclü təxribata cəlb etmək qabiliyyətinə və istəyinə görə müəyyənləşə bilər.

Keçmiş yüksək səviyyəli ABŞ kəşfiyyat zabiti bildirib: "Sonra bu, əsasən Baydendən asılı olaraq, ya güclü bir üsyana çevriləcək, ya da heç olmayacaq".

Ukrayna prezidenti Vladimir Zelenski hökumətinə yaxın və adının çəkilməsini istəməyən mənbə Kiyevin 96 saat ərzində mühasirəyə alına biləcəyi ilə bağlı ABŞ-ın qiymətləndirməsi ilə razılaşıb. Lakin o, Zelenski hökumətinin süqutuna inanmır: “Məncə, bunu demək tezdir. Ukrayna gözlənildiyindən daha yaxşı vəziyyətdədir”.

Adının açıqlanmasını istəməyən bir NATO diplomatı "Newsweek"-ə deyib: "Şəxsi fikrim: təəssüf ki, bu, olduqca inandırıcı səslənir. İndi ilk 24 saat əhəmiyyət kəsb edir".






Fikirlər