RUSİYA 48 SAAT ƏRZİNDƏ UKRAYNAYA HÜCUM EDƏCƏK - ABŞ-dan XƏBƏRDARLIQ...
ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın 48 saat ərzində hücuma keçəcəyi ilə bağlı xəbərdarlıq edib. APA-nın xəbərinə görə, bu barədə “Newsweek” saytı ABŞ kəşfiyyatındakı mənbəyə istinadla məlumat yayıb. “Kəşfiyyat məlumatına əsaslanaraq Ukrayna prezidenti yaxın 48 saat ərzində Rusiyanın hücuma keçməsi ehtimalının yüksək olduğu barədə xəbərdar edilib. Bu səhər Rusiya Ukraynanın hava məkanını pozaraq kəşfiyyat təyyarəsi ilə qısamüddətli uçuş həyata keçirib” – deyə mənbə qeyd edib. Ukrayna hökumətindəki mənbə də xəbərdarlığın alındığını bildirərək əlavə edib ki, bu, ay ərzində artıq üçüncü analoji xəbərdarlıqdır.