28.03.2014. - “Rusiya Ukraynanı alıb Baltikyanı bölgəyə girəcək”-ABŞ Kəşfiyyatı

28.03.2014. -  “Rusiya Ukraynanı alıb Baltikyanı bölgəyə girəcək”-ABŞ KəşfiyyatıABŞ hərbi kəşfiyyatı prezident Barak Obamaya Rusiyanın Ukraynanın şərq və cənub regionlarını ələ keçirmək planları barədə həyəcanlı hesabat təqdim edib.

AzerTaym.az saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, hərbi kəşfiyyatın hesabatı Konqresə də göndərilib.

Orada deyilir ki, “son üç-dörd gündə müşahidə edilən həyəcanlı simptomlar” Rusiya ordusunun Ukraynanın materik hissəsinə - şərq və cənub regionlarına müdaxilə hazırlığı içində olduğunu göstərir.

Öz növbəsində ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsi prezident Barak Obamaya hadisələrin bu cür inkişafından ciddi narahatlıq ifadə edən hesabat göndərib. Komitə hətta Ukraynanın hücuma məruz qalacaq regionlarına da göstərib. Bunlar Luqansk, Donetsk və Xarkovdur.

Bundan əlavə, kəşfiyyat Moldovanın Dnestryanı bölgəsinin sərhədlərində də potensial təhlükənin yarandığını qeyd edib, hətta Rusiyanın bu ərazilərlə kifayətlənməyərək Baltikyanı regionuna da soxula biləcəyini istisna etməyib.

28.03.2014. -  “Rusiya Ukraynanı alıb Baltikyanı bölgəyə girəcək”-ABŞ Kəşfiyyatı

Amerika kəşfiyyatının hesabatı barədə xəbər verən CNN telekanalı bildirir ki, Rusiyanın Ukrayna sərhədlərində cəmləşdirdiyi qoşun qruplaşmasının manevrləri Çeçenistan və Gürcüstandakı hərbi əməliyyatlar ərəfəsindəki manevrləri xatırladır. Hesabata əsasən Rostov, Kursk, Belqorod regionlarında 30 mindən çox Rusiya hərbçisi cəmləşdirilib. Bu isə adi hərbi manevr keçirmək üçün lazım olan kontingentdən xeyli çoxdur. Bundan əlavə, həmin hərbi bölmələr öz bazalarına geri qayıtmağa da hazırlaşmırlar. Onlar zirehli və digər motorlu texnikada hərəkət edən mobil qüvvələrdir.

Amerika kəşfiyyatı həmin bölmələrin Ukraynaya hücum üçün əmr gözlədiklərini bildirir. Həmin qüvvələrin mobilliyi Amerika kəşfiyyatının Ukraynaya hücuma operativ reaksiya verməsi imkanlarını da şübhə altına alır.

28.03.2014. -  “Rusiya Ukraynanı alıb Baltikyanı bölgəyə girəcək”-ABŞ Kəşfiyyatı

“İnterfaks” isə Rusiyanın cənubunda qoşunların şərti düşmənin ərazilərinə hava zərbələri endirilməsi manevrlərinə başladığını xəbər verir. Cənub hərbi dairəsinin hava qüvvələri Krasnodar diyarındakı hərbi poliqonda bombardman və raket zərbələrini sınaqdan keçirir. Hərbi dairənin məlumatına görə, “Su-25SM3” təyyarələrindən ibarət aviasiya polku yaxın iki gün ərzində 40 hava reydi həyata keçirəcək və 50-dən çox hədəfə bomba zərbəsi endirəcək, habelə yerüstü hədəflərə raket zərbələri endiriləcək.

Xatırladaq ki, Rusiya ən elitar hərbi birləşmələrini - Kantemirovsk və Tamansk tank diviziyalarını, Pskov hava-desant diviziyasını da Ukrayna ilə sərhəddə cəmləşdirib. Rəsmi Moskva isə hələlik bildirir ki, Ukraynanın qalan hissəsinə hərbi müdaxiləyə hazırlaşmır.






Fikirlər