Seysulanda son durum: Qarabağda nə baş verir?
Aprelin 15-də Qarabağda rusiyalı sülhməramlıların komandanlığı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimalında təmas xəttini pozub. Belə ki, Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, pozuntu Mardakert rayonunun Yarımca yaşayış məntəqəsi ərazisində qeydə alınıb. “Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrilə birlikdə insidentin yoluna qoyulması üçün tədbirlər görür”, - məlumatda deyilir. Lakin göstərilən yerdə bu adda yaşayış məntəqəsi yoxdur. Daha sonra erməni tərəfi bildirib ki, “pozuntu Seysulan kəndi ərazisində baş verib”. Ermənistan KİV-in məlumatına görə, sülhməramlılarla Azərbaycan tərəfi arasında danışıqlardan sonra Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əvvəlki mövqelərinə qayıdıb. Lakin Rusiya tərəfi bu barədə məlumat verməyib. Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi hər hansı insident barədə xəbər yaymayıb və bu məlumatları şərh etməyib. Turan.az