Hüquq müdafiəçiləri Almaniya səfirliyində olub ...
“Müdafiə Xətti”nin həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər birlikdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin 1-ci katibi Andreas Hultla görüşüb. Bu barədə Rüfət Səfərov deyib ki, bu dəfəki görüşün əsas müzakirə mövzusu Azərbaycandakı insan haqlarının durumu olub: “Xüsusilə, son aylar ərzində Almaniyadakı mühacir fəalların Azərbaycana deportasiya edilmələrinə, onların saxta əsaslarla cinayət məsuliyyətinə cəlb olunaraq, işgəncələrə məruz qalmalarına dair dərin narahatçılığımızı ifadə etdik. Eyni zamanda, Almaniyada mühacirətdə olan “Azad Söz” internet televiziyasının rəhbəri Tural Sadıqlının həyat və sağlamlığına yaranmış təhlükə ilə bağlı bizə daxil olan məlumatları səfirliyin diqqətinə çatdırdıq”.