MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO
Bir il əvvəl intihar etmiş Mlii Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayevin qardaşı Mətləb Mustafayev sensasion video yayıb. Azərtaym.az Strateq.az-a istinadən xəbər verir ki, videomüraciətində Mətləb Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sabiq işçisi olduğunu, komitədən qanunsuz işdən azad edildiyinə görə məhkəməyə üz tutduğunu və bundan sonra MTN əməkdaşları tərəfindən qanunsuz həbsə məruz qaldığını deyir. Ən ilginc iddia isə MTN-nin "qara maskalı"larının komitə sədri Kərəm Həsənovun sifarişiylə onu həbs etməsi, MTN-də aparılan danışıqlar, bacısının həyətinə MTN-çilərin basqın etməsindən sonra qardaşının canına qəsd etməsididr. Şikayətçi iddia edir ki, MTN-də zabit olan qardaşı nazirin və digər vəzifəlilərin qəbulundan çıxdıqdan sonra evində intihar edib. 31 ilin MTN zabitinin özünü öldürməsi qədər, qardaşının həbsinin gizlinləri də, razılaşaq ki, bu gün MTN-də baş verənlərin fonunda aktuallığını qoruyur. M.Mustafayevin MTN-nin vəzifəli şəxslərinin əməllərindən bəhs edən sensasion videomüraciətini təqdim edir: