Peskovun oğlunu müharibəyə çağırış adı ilə ələ saldılar...

Müxalif Aleksey Navalnının tərəfdarları Vladimir Putinin mətbuat katibinin oğlu Nikolay Peskova zəng edərək, onu hərbi komissarlığa dəvət ediblər.

Ad - 00:05

Deutsche Welle-nin yaydığı məlumata əsasən, onlar bunu Rusiyada səfərbərlik elan olunduqdan sonra təşkil ediblər.

Peskovun oğlu zəngi ciddi qəbul edib və əsgərə getmək istəmədiyini deyib:

“Əgər mənim cənab Peskov olduğumu bilirsinizsə, anlamalısınız ki, orada olmağım düzgün deyil. Bir sözlə, buna başqa səviyyədə həll edəcəm.

Vətəni müdafiə etməkdə problem yoxdur, amma orada görünməyimin məqsədəuyğun olduğunu başa düşməliyəm, sizə müəyyən siyasi nüanslardan danışıram”, – o əlavə edib.






Fikirlər