SON DƏQİQƏ! Ukraynadan MÜHÜM HƏMLƏ - Rəsmən elan edildi - İLK GÖRÜNTÜLƏR

Dünyanın bütün diqqətinin Rusiyanın apardığı müharibəyə yönəldiyi bir vaxtda, Ukraynadan mühüm açıqlama gəlib.

Musavat.com xəbər verir ki, bu gün Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday Rusiyanın ilhaq etdiyi Donetsk bölgəsində yerləşən Liman şəhərindəki rus əsgərlərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alındığını açıqlayıb.

"1 oktyabr 2022-ci il tarixindən etibarən Limanda yerləşmiş rus ordusu geri çəkilmə tələbi ilə komandanlıqlarına müraciət edib, lakin tələb rədd edilib. Hazırda 5 mindən çox rus əsgəri Ukrayna qüvvələri tərəfindən mühasirəyə alınıb".

RUS QOŞUNLARI SEÇİM QARŞISINDA

Qayday bildirib ki, rus qoşunlarının qarşısında üç seçim var: ya qaçmağa çalışacaqlar, ya təslim olacaqlar, ya da öləcəklər.

Qayday həmçinin bəyan edib ki, Lymana sursat tədarükü yolları kəsilib və şəhərdən, demək olar ki, bütün çıxış yolları bağlanıb.

LİMANDA UKRAYNA BAYRAĞI DALĞALANIR

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak öz Twitter hesabında Ukrayna əsgərlərinin Liman şəhərində Ukrayna bayrağı ucaltdığını əks etdirən video paylaşıb. Videoda əsgərlərin "1 oktyabr... Dövlət bayrağımızı açıb torpağımıza sancırıq" dedikləri eşidilir.

LİMANIN ƏHƏMİYYƏTİ NƏDİR?

May ayının sonlarında Rusiya Limanı ələ keçirdikdən sonra şəhəri qoşunların yerləşdirilməsi və sursat təchizatı üçün mühüm logistika mərkəzinə çevirdi. Şəhər, həmçinin Ukraynanın şərq və şimal-şərqindəki Donetsk, Luqansk, Xarkov vilayətlərini birləşdirən mühüm dəmiryol qovşağı kimi strateji əhəmiyyətə malikdir.

Limanın Ukraynanın nəzarəti altına keçməsi fevralın 24-də işğal başlayandan bəri Rusiyanın ən pis hərbi məğlubiyyətlərindən biri olacaq. Kiyev şəhərə nəzarətə götürsə, bu, Ukraynaya Donetsk vilayətinin şimal hissəsini rus hərbçilərindən tamamilə təmizləməyə və qonşu Luqansk vilayətinə doğru irəliləməyə imkan verəcək.






Fikirlər