Ermənistan yenidən Azərbaycanın səbri ilə oynayır - Belə getsə, növbəti...

Ermənistan yenidən Azərbaycanın səbri ilə oynayır - Belə getsə, növbəti...

  "Ermənistan tərəfinin birgə bəyanatın imzalanmasından sonra belə ərazilərimizə PMN-Э tipli piyada əleyhinə yerli istehsal minalarını yerləşdirməsi Ermənistanın Azərbaycana qarşı mina terroruna fasilə vermədiyini göstərir".

 

Ad - 00:08

 "AzerTaym.az" bildirir ki, bunu Milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
 
O bildirib ki, Ermənistan növbəti dəfə toqquşma ocağı yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkmək istəyir:
 
"Üçtərəfli birgə bəyanatın imzalanmasından sonrakı müddətdə 250-dən çox Azərbaycan vətəndaşının minalardan həlak olması və ya xəsarət almasının məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür. Ermənistan kobud şəkildə beynəlxalq konvensiyaların tələbini pozmaqla bərabər, beynəlxalq hüquqa da hörmətsiz yanaşmasını və insan həyatına heç bir dəyər vermədiyini bir daha nümayiş etdirir. 
 
Məğlub tərəf olaraq Ermənistanın dəfələrlə Kəlbəcər və Laçın, eyni zamanda Tovuz istiqamətində atəşkəsi pozması Ermənistanın hərbi rəhbərliyinin revanş niyyətindən xəbər verir. Bu isə bölgədə sülhün əldə olunmasına ciddi maneələr yaradır.
 
Hadisələrin bu istiqamətdə inkişafı ondan xəbər verir ki, Ermənistan növbəti dəfə toqquşma ocağı yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan-Ermənistan "münaqişəsinin" başa çatmadığına yönəltmək məqsədi daşıyır. Lakin bu təxribatlar əvvəllər olduğu kimi Ermənistana çox baha başa gələcək və işğalçı ölkə növbəti dəfə şəxsi heyət, texnika və ərazi itkiləri ilə qarşılaşacaq".






Fikirlər