"İYRƏNC MÜSTƏMLƏKƏ KEÇMİŞİ, HAZIRDA İSƏ..." - Medvedevdən Makrona cavab

"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur".

"Report" xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" hesabında bildirib.

Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:

"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb".

"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab Prezident!", - Medvedev vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron "France 2" telekanalının efirində Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.






Fikirlər