“Mənim çıxışlarıma kanallarda “zapret” qoyulub”

 

Nazperi Dosteliyeva 21“Çəkildiyim verilişlərim var idi , birdən-birə çıxmadı efirə”.
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva kanallarda onun çıxışlarına qadağa qoyulması haqqında ans press-ə danışıb.
Onun sözlərinə görə, heç bir səbəb olmadan kanallarda çıxışı qadağa olunub. İfaçı bildirir ki, başqa kanallarda hazır verilişləri olub, lakin kiminsə əli ilə efirə getməyib. Yalnız ANS televiziyası və radiosu xalq artisitinin ifalarını hər zaman işıqlandırıb.
“ANS televiziyasından, radiosundan başqa bütün kanallara bir xalq artistinə “zapret” qoyuldu. Heç bir səbəbi məlum olmadan. 3 ilə yaxındır ANS TV-dən başqa heç bir kanalda çıxış etmirəm. Bilmirəm kimin əmri ilə mənim çıxışlarıma kanallarda “zapret” qoyulub. Başqa kanallarda konsertlərim, verilişlərim var idi, birdən-birə çıxmadı efirə. ANS televiziyası heç kimin tapşırığına baxmadı, qorxaq olmadı,ikiüzlülük eləmədi. Mən ölənə qədər, nə qədər ki, yaşayıram ANS-in yalnız müğənnisi kimi deyil, həm də dostuyam, necə özləri məni də elə hesab etsinlər. Mən 3 ildi bu haqsızlığa susuram”
Xalq artisti efirlərdə olmamasının müsbət tərəflərinin olduğunu da deyib. Sənətçi bildirb ki, o, ailəsinə, övladlarına və yeni doğulmuş nəvəsi Kərimə daha çox vaxt ayırdığını və nəvazişini çəkdiyini bildirib.

Nazpəri Dostəlıyeva nəvəsi Tamerlanla birlikdə
Ötən gün N.Dostəliyeva Televiziya və Radio günü münasibəti ilə ANS TV nə ANS ÇMəməkdaşlarını “İnstaqram” hesabında təbrik edib.
6012eb6bfc4b
Nazpəri Dostəliyeva 1959-cı il dekabrın 23-də Şamaxıda doğulub. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. “Nə olar, Allahım, ayırma bizi” mahnısı ilə daha da məşhur olub. 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. Ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var.






Fikirlər