Çin Putini bitirmək üçün ABŞ-la sövdələşməyə gedib – SENSASİON DETALLAR
Çin lideri Si Cinpin hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə artıq uduzub, ona görə də Çin indi mövcud vəziyyətdən maksimum fayda əldə etməyə çalışacaq. “Ölkə.Az” xəbər verir ki, bu fikri rusiyalı şahmatçı və müxalif siyasətçi Harri Kasparov “Qordon”a müsahibəsində deyib . Kasparovun sözlərinə görə, Si Cinpin ümid edirdi ki, Putin Ukraynanı tez bir zamanda ələ keçirə biləcək və bu, öz növbəsində Çinə Tayvan məsələsini eyni hərbi yolla həll etməyə imkan verəcək . “Tayvan onu narahat edir... Putin isə uduzduğu üçün yükə çevrilir. Daha doğrusu, hətta uduzmur - uduzdu. Si Cinpinin fikrincə, müharibə artıq uduzulub”, - Kasparov əminliklə qeyd edib. Onun fikrincə, Çin Putinin Rusiyanın ən bacarıqlı əhalisini Ukraynaya döyüşməyə göndərməsindən faydalanmağı planlaşdırır. “Rusiyada yaranmış durum Çinin xeyrinədir. Çünki Putin Rusiyanın kişi əhalisini azaldır. İndi əməkbacarıqlı əhalisini isə Ukrayna müharibəsindəki “ətçəkən maşını”na atır. Aydındır ki, Ukrayna ordusu onları sadəcə olaraq qiymə kimi emal edəcək”, - Kasparov deyib. Onun fikrincə, Çin Rusiyanın müharibədə uduzmasında maraqlıdır: “Çünki bu onun müharibəsi deyil. Müharibəni uduzmaq isə Çinə Uzaq Şərqdə və Şərqi Sibirdə yerləşməsinə imkanlar açır. İndi o, Putinə geosiyasi oyunçu deyil, oyundakı “fişka” kimi baxır”, - o qeyd edib. O eyni zamanda əlavə edib ki, Çin lideri Tayvan məsələsində Putini bitirmək üçün ABŞ-la sövdələşməyə də getdiyini bildirib. “Artıq Putin Si Cinpinin gözündə sövdələşmə kartına çevrilir”, – Kasparov vurğulayıb.